Xoşqədəm Hidayətqızı:“...Mən özüm ayrılmışam və hazırda istirahət edirəm”
Yusif Sultanoğlu
11:15 30.08.2021
Media
3142
Aparıcı Xoşqədəm Hidayətqızı “Xəzər” Tv-dən ayrılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
“Sherg.az”ın məlumatına görə, o bu barədə İnstaqram profilində yazıb:
“Düz bir il əvvəl mənim üçün əziz olan “Xəzər” TV-dən ayrılmaq istədim. Həmin ərəfədə baş verən hadisələr məni dayandırdı. Noyabr ayında böyük haqsızlıqla üz-üzə qaldığım vaxt belə kanaldan ayrılmağı qeyri-etik saydım. Bir TV-ni sezonun ortasında pis vəziyyətdə qoymaq peşəkarlığa sığmazdı. Məhz, buna görə sezon bitənə qədər gözlədim. 23 iyul veriliş bitdi və növbəti həftə artıq rəhbərliyə ayrılmaq istədiyimi bildirdim. Bütün dünyada olduğu kimi, mən də sezon bitəndə çalışmaq istəmədiyimi açıqladım.
Təbii ki, rəhbərlik bununla razı olmadı, mənə düşünmək üçün vaxt verdi, istəklərimin hamısını nəzərə alacağını bildirdi. Lakin öz istəyimlə bu qərarı verdim.
Təbii ki, bir tele-kanal üçün 3 saatlıq efir vaxtını dolduran, TV-yə böyük pullar, reytinq gətirən layihəni itirmək asan deyil.. Bütün dünyada bu cür ayrılmalar var, TV-lər transferlər edirlər. Ən çox izlədiymiz türk kanallarına diqqət edin. Hər kəsə bəllidir ki, “Səni axtarıram” mənə aiddir, rəhbəri olduğum layihədir.
Yəni hansısa bir TV-nin layihəsi deyil ki, müəllifi calışdıgı kanalla yolların ayıranda veriliş bağlandı və s yazaq. Çox da uzağa getməyək. Murad Dadaşovun müəllifi olduğu “Maşın Şou” Lider tv-də başladı, ATV-yə getdi, daha sonra ANS-də , təkrar ATV -də layihəsini davam etdirdi. Burada nə var? Bu fotonu bilərək paylaşıram ki, biləsiniz, körpələrimlə birlikdə böyüməsi üçün fədakarlıq göstərdiyim, əmək sərf etdiyim kanaldan ayrılmaq heç də asan deyil. Onlar yeni doğulmuşdu , Arını xəstəxanada qoyub, Tümenə yeni sezon üçün çəkilişə getdim. 4 aylıq idilər, onları yalnız gecə işdən gələndə görürdüm. İşə başladığım kanalın o vaxtkı durumunu hər kəs çox yaxşı bilir Düşünün, bu layihəni tamaşaçımın olmadığı bir məkanda baxımlı etməklə yanaşı TV-nin reytinqini qaldırmaq, sponsorlar cəlb etmək üçün nə qədər çalışdım. Amma elə şeylər olur ki, insan heç nəyə baxmır. Mən kimsəni qırmadan öz ərizəmlə ayrıldım”.
X.Hidayətqızı həmçinin “Xəzər” Tv-nin rəhbəri M.Dadaşovla münasibətlərinin yaxşı olduğunu söyləyib:
“Murad müəlllim mənim üçün əzizdir. Elə olmasaydı, ən şad günümü ona etibar etməzdim. Biz hər ikimiz zəhmətimizlə bir yerə gəlmiş insanlarıq. Rəhbərim olduğu müddətdə münasibətlərimiz qarşılıqlı hörmət və dostluq üzərində qurulub. Noyabr ayında haqsızlıqla qarşılaşanda mənə dəstək verən doğmalarımdan biri olub. M.Dadaşov qadınla savaşacaq kişiliyə sahib biri deyil ki, ona görə istefa verim. Mənim ayrılmamın rəhbərliklə, Murad müəllimlə əlaqəli deyil. Ayrılmaq düşmən olmaq mənasına gəlmir. Axı niyə istər işdə, istər ailədən ayrılarkən düşmənlik kimi anlayırıq, o tərəfə çəkirik? Türkiyə televiziyalarında da bu hallar yaşanır və çox da normal qarşılanır. Bu il Seda Sayan da dostu Acunun tele-kanalından ayrılıb, digərinə keçdi. İndi düşmən olsunlar? Nə isə, çox vaxtınızı almayım, rahat olun mən özüm ayrılmışam və hazırda istirahət edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm