“Münhen debatından sonra dünya Paşinyana fərqli yanaşdı”-Siyasi elmlər doktoru


 Hatəm Cabbarlı: “Azərbaycan Prezidentinin dik oturuşu,  jest və mimikası onun erməni baş nazirdən çox yüksəkdə olduğunu göstərdi” 

“Paşinyanın səsləndirdiyi fikirlər, sadəcə, Azərbaycan ictimai rəyində deyil, erməni ictimai rəyində də gülüş predimeti oldu”



2020-ci ilin 15 fevral tarixində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər. Müzakirə zamanı Azərbaycan Prezidenti İlham Əliyev N.Paşinyanı gerçək tarixə  söykənən faktlarla susdurub.  

Müzakirələr zamanı səsləndirilən fikirlərə münasibət öyrənmək üçün siyasi elmlər doktoru,  Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri  Hatəm Cabbarlı ilə əlaqə saxladıq. O, “Sherg.az”a müsahibəsində məsələləri bu cür şərh etdi:

-Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın  baş naziri Nikol Paşinyan arasında Münhendə baş tutan Qarabağ müzakirəsi  zamanı xeyli maraqlı mövzulara toxunuldu. Bu məqamda xüsusi bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Paşinyanın arqumentləri olduqca zəif idi. Tarixi faktları təhrif etməyə çalışan erməni baş nazir o saxtakarlıqları dünyaya çatdırmaq istəyirdi. Amma Azərbaycan Prezidenti Paşinyanın saxta, məntiqsiz, heç bir tarixi fakta söykənməyən fikirlərini ifşa etdi. Dağlıq Qarabağla bağlı həqiqətləri  sübutlarla dünyanın gözü önünə sərdi və bunu tarixi faktlarla möhkəmlətdi. 

-Erməni baş nazirin son iki illik hakimiyyəti nə ilə yadda qalıb? 

-Onun hakimiyyətdə olduğu son iki ili nəzərdən keçirsək, görərik ki, daxili siyasətini yalnız populizm üzərində qurub. Ermənsitan ictimai rəyinə hesablanan populist çıxışlar edir. Ermənilərin iqtisadi, sosial problemlərinin həlli istiqamətində dediyi sözlər Ermənistan ictimai rəyində xoş qarşılana bilər. Amma Münhendəki çıxışları, iddiaları ifşa olundu və zaldakılar və dünya ona fərqli yanaşdı. 

-Debat zamanı Paşinyan tez-tez məxməri inqilab, mikro və makro inqilab ifadələrini işlədirdi... 
 
- Paşinyan o cür mötəbər bir tədbirdə özünün məxməri inqilab  məsələsini gündəmə gərirərək makro və mikro inqilabdan danışmaq istədi. Əslində isə bu, Ermənistan daxilində və eləcə də beynəlxalq ictimai rəydə özünə dəstək artarışı idi. 

-Paşinyan Şaumyan rayonun Dağlıq Qarabağa aid olmasını söylədi və dərhal Azərbaycan prezidenti müdaxilə edərək bunun yalan olduğunu söyləyib, erməni baş nazirin tarixi təhrif etdiyini sübut etdi. 

-Erməni baş nazirin iddiaları gülünc idi. O, eramızın ilk 100 illikləri və eramızdan əvvəlki dövrlərin tarixi hadisələrini gündəmə gətirərək xal qazanmağa çalışırdı. Dinləyicilər də ona inanmadılar. Onun fikirləri hər kəsdə şübhə doğurdu. Çünki yalan danışırdı. Həmin debatda da sübut olundu ki, Paşinyanın tarixi və siyasi bilgiləri zəifdir. Bir dəfə yanlış məlumat verdi. Şaumyan rayonun Dağlıq Qarabağa aid olmasını səsləndirdi və sonra üzr istədi. Bu bir ölkə rəhbəri üçün ciddi minusdur. 

-Paşinyan Qafqaz Bürosunun Dağlıq Qarabağın Azərbayana aid olmasını təsdiqləyən bir qərarının olduğunu vurğuladı. Sizcə, bununla nəyə nail olmaq istəyirdi?  

- Ümumiyyətlə, o, iki ildir hakimiyyətdə olsa da, onun siyasi portretinə diqqət etdikdə,  hələ püxtələşməmiş, siyasi kimliyi formalaşmamış bir siyasətçi nümunəsi ortaya çıxır. Erməni baş nazir siyasi kimliyinin formalaşması üçün hər hansı bir siyasi proseslərin içərisində olmayıb. Dövlətin idarəedilməsi, dövlətçilik ənənələri və başqa məsələlərdə fundamental təcrübəsi yoxdur. 

-Erməni dilini bilirsiniz və bu ölkə mediasını yaxından izləyirsiniz. Bu debat işğalçı ölkə mediasında hansı rezonansı doğurdu?  

-Painyanın Münhen debatında səsləndirdiyi fikirlər, sadəcə, Azərbaycan ictimai rəyində deyil, erməni ictimai rəyində də gülüş predimeti oldu.  Erməni analitiklər, siyasətçilər, elm və mədəniyyət nümayəndələri N.Paşinyanın məğlubiyyətə uğradığını etiraf edirlər. Paşinyanın tarixi və siyasi savadının zəif olması Ermənistan ictimaiyyətində narahatlıq doğurur. Erməni mediası Münhen debatında Azərbaycan Prezidenti cənab İlham Əliyevin N.Paşinyandan açıq-aşkar  üstün olduğunu vurğulayırlar. Erməni mətbuatında baş naziri təndiq edən yazarlar Paşinyanın Azərbaycan Prezidenti qarşısında oturuşunun Paşinyanın məğlub duruma düşməsinin təzahürü olduğunu yazırlar. 

-Əlbəttə, siyasətdə bədən dili də olduqca önəmlidir. Bu həm də üstün və haqlı tərəfin mövqeyini aydın şəkildə əks etdirir... 

-Bəli, Azərbaycan Prezidentinin dik oturuşu,  jest və mimikası, bəzən Paşinyanın sözünü kəsərək tutarlı cavablar verməsi bədən dili çərçivəsində cənab İlham Əliyevin erməni baş nazirdən bütün sahələr üzrə yüksəkdə olduğunu göstərir. 

-Yəqin, fikir verməmiş deyilsiniz erməni baş nazir beynəlxlaq hüquqdan deyil, saxta, uyudurma tarixlərindən danışmağa səy göstərirdi...

-Doğrudur, Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılan zaman N.Paşinyan məsələnin beynəlxlaq hüquq çərçivəsində həllindən deyil, qondarma tarixlərindən danışmağa çalışırdı. Azərbaycan Prezindeti isə onların uydurmalarını ifşa etdi. Azərbaycanın əbədi və əzəli ərazisi olan Xankəndinə “Stepanakert” adını verməsi məsələsinə dəqiq və tarixi fakta söykənən mükəmməl cavab verdi. Bildirdi ki, Stepan bolşevik Şaumyanın adıdır,  “kert” isə erməni dilində şəhər deməkdir. Ölkəmizin başçısı bu adda heç bir erməni irsinin olmadığını diqqətə çatdırdı. Eyni zamanda Xankəndinin Azərbaycan dilində “Xanın kəndi” olduğunu söyləyib, burada Azərbaycan tarixi irsinin olduğunu dünyaya bəyan etdi. Paşinyan bu məntiqli tarixi izaha susqunluq nümayiş etdirdi. Bu onun saxta fikirlərinin ifşası demək idi. 

-Paşinyan Xocalı soyqırımı ilə bağlı da əsassız fikir bildirdi...

-Ayaz Mütəllibovun guya Xocalı soyqırımını o vaxtkı Azərbaycan müxalifətinin törətdiyinə dair iddiasına da tutarlı cavab verildi. Azərbaycan Prezidenti Ayaz Mütəllibovun hələ də sağ olduğunu və Bakıda yaşadığını deyib, onun belə bir ifadə işlətmədiyini bəyan etdi. Və bildirdi ki, bu  həmin dönəmdə Rusiya mediasında çalışan erməni mənşəli jurnalistlərin yazdığı feyk məlumatdır. Hətta mənbə göstərdi ki, bu faktı dəqiqləşdirmək istəyənlər açıb, internetdən hər şeyi oxuya bilərlər. 

-Olmazmı ki, Ayaz müəllim fikirlərini təkcə Azərbaycan mediasına yox, Rusiya, İngiltərə, Fransa, Almaniya və hətta İranın aparıcı informasiya agenliklərinə bu yöndə açıqlama versin. Və bunun erməni jurnalistlərin uydurduğu feyk xəbər olduğunu dünyaya çar çəksin. Zənnimcə, bu addım da Paşinyana növbəti zərbə olar...

-Əslində, bu Ayaz müəllimin özünün təşəbbüsü ilə həyata keçirilməli məsələdir. Bu işi jurnalistlər gündəmə gətirib, müzakirəyə çıxarsalar, böytük ehtimalla Ayaz müəllim belə bir təşəbbüs göstərə bilər. Amma burada başqa bir fakt var. Ermənistanın  sabiq prezidenti Serj Sarkisyan Tomas de Vala verdiyi müsahibədə Xocalı soyqırımını Ermənistan və ya ermənilərin törətdiyini etiraf edir. Serj Sarksiyan deyir: “Bəli Xocalı soyqırımını biz törətmişik. Azərbaycanın mülki əhalisinə  qarşı bu cür qəddarlığın olunacağını gözləmirdi. Amma biz azərbaycanlıların gözünü qorxutmaq və iradəsini sındırmaq üçün bunu etdik”. Azərbaycan bu sənədi beynəlxalq aləmə çıxarmalıdır. Bu tutarlı bir sənəddir. Tomas De Val bununla bağlı məqalə yazıb. Bu məqalə beynəlxalq aləmdə oxunub, bilinir. Ayaz Mütəllibovun da beynəlxalq mediaya çıxıb,  deyilənləri təkzib etməsi Azərbaycanın maraqlarının qorunmasına və ölkəmizin arqumentlərinin güclənməsinə xidmət edər. 

-Paşinyan onu da söylədi ki, guya Dağlıq Qarabağdakı qondarma rejim  müstəqildir. Ona danışıqlarda təsir göstərə bilmir... 

-Bu, onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Paşinyanın hansısa bir planı yoxdur. Bununla yanaşı, N.Paşinyan özü üçün guya yeni, amma sələflərinin gündəmə gətirdiyi məsələni növbəti dəfə təkrar etdi. Onun son 2 illik hakimiyyəti dönəminə diqqət yetirdikdə görürük ki, Dağlıq Qarabağla bağlı həm ikili müzakirələrdə, həm də Misk qrupunun vasitəçiliyi ilə reallaşan danışıqlarda yeni bir fikirin şahidi olmuruq. O, sadəcə siyasi avantüristdir. Ermənistanda özünün hakimiyyətinin möhkəmləndirilməsi istiamətində işlər aparırır. Erməni baş nazir Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siysi irsdə nümayiş etdirmək potensialı və gücə malik deyil. 

-Paşinyan müzakirənin sonunda iddia etdi ki, yalnız Ermənistan və Gürcüstan dövlətləri mövcud olub. Amma onun bu fikri zalda da gülüşlə qarşılandı... 

-Paşinyan son min ildə Cənubi Qafqaz zonasında bir erməni dövlətinin adını çəkə bilərmi? Əlbəttə, çəkə bilməz. Cənubi Qafqazda ermənilərin heç bir zaman dövləti olmayıb. Çox böyük imperiyaların- Sasani, Bizans, Ərəb xilafəti, Səlcular, Osmanlılar və daha sonra Rusiya imperiyasının tərkibində təbə olaraq yaşayıblar. Son min ildə Cənubi Qafqazda ermənilərin heç bir dövləti olmayıb. Paşinyanın tarixi faktları təhrif etməsi tarixi gerçəkləri ört-basdır edə bilmir. Və nəticədə gülüş doğurur. Tarixçilərimiz də buna çox rahat şəkildə cavab verə bilərlər. Paşinyanın tarixi fakları təhrif etməsi onun hörmətini artırmadı, əskinə ona zərbə vurdu. Baş nazirin belə əsassız , təhrif dolu fikirləri beynəlxalq ictimaiyyətdə gülüşlə qarşılandı. 

-Debatdan çıxan nəticə nə olacaq? Sülhə nail olmaq mümkün olacaqmı, yoxsa silahlar danışmalıdır?
 
 -Mənə elə gəlir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh və ya müzakirələr yolu  qapanmayıb. Son pərdə oynanmayıb. Nə qədər çətin olsa, da problemin dinc yolla həllinə imkan var. Necə var? Bu işdə Ermənsitan baş naziri də siyasi iradə nümayiş etdirməlidir. Problemin 30 il davam etməsi bölgədə təhlükəsizliyi təhidid edir. Status-kvonun saxlanılması Ermənistan iqtisadiyyatını çökdürür. Ermənilərin ölkələrini tərk etməsinə səbəb olur. Ermənsitan rəhbərliyi bunu dərk etməlidir. Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Amma Ermənistan rəhbərliyi indiyə qədər bu siyasi iradəni nümayiş etdirməyib. Bir dəfə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan buna təşəbbüs göstərdi. Və öz komandası onu istefaya göndərdi. Petrosyandan sonra gələn prezidentlər və baş nazirlər bu məsuliyyəti öz üzərlərinə götürmədilər. Çünki Dağlıq Qarabağ probleminin qalması Ermənistanda hakimiyyətdə olan qüvvələrin qorunmasında xüsusi rol oynayır. Onlar ölkədəki sosial-iqtisadi problemləri, korrupsiyanı, özbaşınalığı  Dağlıq Qarabağ münaqişəsi  ilə izah edirlər. Amma bu müzakirələrdə  son pərdə oyunanılarkən, müzakirələrin tükənməsi ərəfəsində  Azərbaycan beynəlxalq hüququn ona verdiyi və Azərbaycan dövlətinin haqqı olduğu hüquqdan istifadə edərək, müxtəlif yollarla- burada hərbi yol da istisna edilmir- öz torpaqlarının düşməndən azad  edə bilər. 

-Rusiya-Ermənistan arasındakı münasibətlərdə soyuqlaşma var. Paşinyanın lori dillə ifadə etsək, “gah nala, gah da mıxa vurması” Moskvanın hiddətinə səbəb olur. Sizcə, Bakı Moskva-İrəvan arasındakı gərginlikdən hansı formada faydalana bilər? 

-Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyaya qarşı bəyanatlar verdi.  Onun hakimiyyətə gəlməsi Rusiya ilə Ermənistan arasında gərginliyə səbəb oldu. Amma Ermənistan Cənubi Qafqazda geosiyasi olaraq Rusiya üçün əhəmiyyətlidir. Çünki Ermənistanda Rusiyanın hərbi bazası var. Ermənistan sərhədləri Rusiya hərbi qüvvələri  tərəfindən qorunur. Bu mənada Ermənistan-Rusiya münasibətlərinin kəskinləşməsi Azərbaycan üçün qalıcı bir divident gətirməsi imkanı zəifdir. Amma Rusiya-Ermənistan münasibətləri gərginləşdiyi məqamda Azərbaycan bu məsələni xarici medianın- xüsusən də Rusiya mediasınınm gündəminə daşımalıdır. Ermənistanın Rusiyadakı imicinin pozulması istiqamətində müəyyən işlər görə bilər.