
Ekspertdən Tahir Kərimlinin təklifinə reaksiya: Hazırda təşkili müşküldür
09:45 17.09.2024
Sosial
538
“Orta ümumtəhsil məktəblərində məktəblilərə də təqaüd verilməsi yaxşı olardı. Şagirdlər əla oxuyanlar, yaxşı oxuyanlar kateqoriyasına bölünsünlər. Buna uyğun onlara təqaüd verilsin. Necə ki ali məktəblərdə tələbələrə təqaüd verilir”.
Bu sözləri Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Partiya sədri bildirib ki, şagirdlərə təqaüd verilməsi iki nöqteyi-nəzərdən faydalı olar:
“Birincisi, bu, uşaqları yaxşı bilik almağa həvəsləndirər, həm də onların ailələrinə maddi kömək göstərilər. İkincisi, Azərbaycanda "uşaqpulu" verilmirsə, bunun əvəzinə şagirdlərə təqaüd verilməsi konpensasiya kimi nəzərdə tutula bilər. Doğrudan da, bu məsələyə baxılsa, yaxşı olar”.
''Məktəb guşəsi'' saytının rəhbəri, təhsil eksperti Məzahir Məmmədli "Sherg.az"a bildirib ki, bu kimi təkliflər təhsil adına təqdirəlayiqdir:
''Lakin deyilənləri reallaşdırmaq üçün büdcəyə baxmaq lazımdır. Daha sonra təqaüdün nə qədər şagirdi əhatə edəcəyi ilə bağlı araşdırmalar aparılmalıdır. Nəticədə lazım olan məbləğ dövlətin Elm və Təhsil Nazirliyinə ayırdığı vəsaitə əlavə edilməlidir. Nəzərə almaq lazımdır ki, ölkədə 1 milyon 700 min şagird var. Bunlardan təxminən 100 mini fərqlənmə ilə oxuyur. Ona görə də həmin şagirdləri təqüdlə əhatə etmək çətindir. Hərçənd, Ali təhsil müəsisələrində də tələbələrin hamısı adi təqaüdlə təmin edilməyib. Həmçinin, yüksək təqaüdlər verilmir. Fikrimcə, təklif qəbul olunsa belə, hazırda təşkili müşküldür".
İqtisadçı ekspert Natiq Cəfərli isə söyləyib ki, əslində təqüdlərin yuxarı siniflərə verilməsi daha məntiqli olardı:

"Hətta, hazırda bir çox ölkələrdə belə bir praktika mövcuddur. Ancaq burada şagirdlərə pulu şirkətlər verir. Yəni, həmin şirkətlər öncədən bacarıqlı şagirdləri tapır və onları gələcəkdə öz müəsisələrində işləməyə sövq edirlər. Həmçinin, universitetə daxil olanda belə onların xərclərini qarşılayırlar. Belə bir modelin bizdə də olması yaxşı haldır. Lakin Azərbaycanın indiki sistemində belə bir modelin qurulması korrupsiya üçün yem açılması deməkdir. Məsələn, valideynlər müəllimlərlə əvvəlcədən sözləşəcəklər ki, yüksək qiymət yazın, təqaüdün yarısı sizin olsun. Ona görə də təklifi ciddi hesab etmirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kababla soyuq içkilər qəbul edənlərin diqqətinə!
03:30 15.09.2026
Sağlamlıq
Hikmət Hacıyev Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb
02:50 15.09.2026
Siyasət
NYT: Pentaqonda xaos hökm sürür
02:12 15.09.2026
Aktual
Fransada benzinin qiyməti tarixi rekord vurdu
01:48 15.09.2026
İqtisadiyyat
Azərbaycanda Bilik Günüdür
01:26 15.09.2026
Elm və Təhsil
Bakının azad olunmasından 108 il ötür
00:43 15.09.2026
Tarix
Mauro İkardinin yeni ünvanı bəlli olur
23:59 14.09.2026
Futbol
Ayxan Abbasov millinin heyətini nə vaxt açıqlayacaq?
23:22 14.09.2026
Futbol
Vens: ABŞ husilərlə əlaqə saxlayır
22:41 14.09.2026
Gündəm
Putin bunu düşünməklə yanlış edir - Rutte
22:02 14.09.2026
Siyasət
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
21:48 14.09.2026
Elm və Təhsil
Netanyahu 23-25 sentyabr tarixlərində Nyu-Yorka səfər edəcək
21:20 14.09.2026
Dünya
Ukrayna Moskvanın razılaşmanı pozmayacağına dair zəmanət istəyir
20:45 14.09.2026
Dünya
“Azərişıq” ASC-nin xidmətləri “mygov”a inteqrasiya edilir
20:27 14.09.2026
Cəmiyyət
“Neftçi” Azərbaycan millisinin sabiq üzvü ilə yolları ayırdı
20:10 14.09.2026
Futbol
Ramiz Mehdiyevin məhkəməsi başlayır
19:55 14.09.2026
Hadisə