Moldovanın baş naziri Dorin Recean iddia edir ki, Rusiyada Moldovada prezident seçkiləri və respublikanın Aİ-yə daxil olması ilə bağlı referendum üçün açıq olan iki seçki məntəqəsində pozuntular olub.
APA TASS-a istinadən xəbər verir ki, bunu Recan seçki məntəqəsini ziyarət etdikdən sonra jurnalistlərə bildirib.
"Biz seçicilərin təşkilatlanmasını, daha doğrusu seçicilərin daşınması və hədiyyələrin təşkili ilə görürük. Biz Rusiya hakimiyyətinə Moldova Respublikasında bunun qanunsuz olduğunu xəbərdar etmişik" – o deyib.