“Ukraynaya kömək etməyə davam etməsək, rus dilini öyrənməyə başlamalıyıq”.
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“Ukraynaya hərbi yardımı həm də Avropanın təhlükəsizliyi naminə artırmalıyıq. NATO baş katibi Mark Ruttenin dediyi kimi, Ukraynaya kömək etməyə davam etməsək, hamımız rus dilini öyrənməyə başlamalıyıq”, - diplomat vurğulayıb.
Kallas bununla Rusiyanın Ukraynadakı müharibədə mümkün qələbəsi durumunda digər Avropa ölkələrinə təcavüzü ehtimalına diqqət çəkib.