
Anti-terror əməliyyatlarla təxribatlara son qoyulmalıdır
Yusif Nəzərli
22:20 11.03.2022
Qarabağ
1085
Akif Nağı: "Qarabağdakı erməni quldurlarının hərəkətləri ilə bağlı kiməsə şikayətlənmək, xəbərdarlıq etmək mənasızdır, çünki effekt vermir"
Ordumuzun Füzuli, Xocavənd, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Məlumat üçün bildirək ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yerləşmiş qanunsuz erməni silahlı dəstələri son günlər yenidən aktivləşiblər. Ekspertlərin fikrincə, Rusiyada və Ermənistanda müəyyən dairələrə bağlı olan separatçıların dünyada baş verən son proseslər, xüsusən Rusiya-Ukrayna müharibəsi fonunda fəallaşması təsadüfi sayıla bilməz. Bir sıra şərhçilər isə hesab edirlər ki, rus sülhməramlı kontingentinin bir hissəsinin Qarabağdan çıxması bölgədəki erməni silahlı birləşmələrinin təşvişə düşməsinə səbəb olub.

Mütəmadi baş verən erməni təxribatı ilə bağlı fikirlərini “Şərq”lə bölüşən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, Rusiyanın Ukraynada canlı qüvvəyə ehtiyacı var. QAT rəhbərinin sözlərinə görə, “sülhməramlı” missiyanı icra edən bir qrup hərbçinin Ukraynaya göndərilməsi ehtimalı istisna edilmir:
“Düzdür, bununla bağlı hansısa rəsmi açıqlama yoxdur. Amma təkzib də edilməyib. Əlbəttə, separatçıların davamlı təxribata əl atması, atəşkəsi pozması təsadüfi deyil. Buna görə bütün məsuliyyət birbaşa Ermənistan rəhbərliyinin üzərinə düşür. İrəvan hökuməti yaxasını kənara çəkə bilməz. Paşinyanın Qarabağdakı təxribatların məsuliyyətini üzərindən atması qondarma rejimin “müstəqil” subyekt kimi ortaya atılmasına xidmət edir. Separatçıların aktivləşməsi səbəbsiz deyil. Ermənistan mediası da əsassız xəbərlər yayır ki, guya, Azərbaycan Ordusunun cavab zərbələri nəticəsində ermənilərin texnikasına “ziyan dəyib, yaralanan olub” və s. Şübhəsiz, bunların hamısı uydurma məlumatlardır. Ordumuz düşmənə məxsus hədəfləri dəqiq zərbələrlə məhv edib. Separatçılar dünyada gedən proseslərdən öz xeyirlərinə yararlanmaq niyyəti güdürlər. Rusiyanın Ukraynanı işğala başlaması revanşistləri “ruhlandırıb”. Qarabağdakı erməni quldurlarının hərəkətləri ilə bağlı kiməsə şikayətlənmək, xəbərdarlıq etmək mənasızdır, çünki effekt vermir. Ona görə də anti-terror əməliyyatına başlamalı və məsələyə birdəfəlik son qoymalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə