Çıxış yolu qalmayıb: "Müharibə başlamalıdır !”
Fidan Həmişəyeva
12:20 13.03.2020
Qarabağ
1228
Akif Nağı:“Beynəlxalq təşkilatlar görsün ki, düşmənin mənfi əməlləri olduğu üçün müharibəyə başlamağa haqqımız var”
Cəbhədə erməni təxribatları davam edir. Düşmən növbəti dəfə Qazaxda yaşayış yerlərini atəşə tutub.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, işğalçılar bu gün 11:45 radələrindən başlayaraq Qazax rayonunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitələrini iri çaplı silahlardan intensiv atəşə tutub.
Son günlər Qazax rayon istiqamətində düşmən təxribatının ardı-arası kəsilmir. Ermənilərin çirkin əməli nəticəsində 2 əsgərimiz şəhid olub. Təxribatların qarşısı alınsa da, düşmən məkrli siyasətindən əl çəkmir.
Erməni təxribatının qarşısını almaqda yeganə çıxış yolunun müharibə olduğunu deyən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Sherg.az”a bildirib ki, qoşunlar üz-üzə dayandığı müddətdə bu cür hallara son verilməyəcək. Düşmən çirkin əməllərinə və təxribatlarına davam edəcək. QAT sədri qeyd edib ki, hər dəfə düşmən təxribatı cəmiyyətimizdə gərginliyə və narazılığa səbəb olur:
“Bu yaxınlarda cəbhənin Qazax istiqamətində baş verən erməni təxribat nəticəsində 2 hərbçimiz şəhid oldu. Artıq müharibənin başlanması üçün şərait yaranıb. Yeganə çıxış yolu müharibənin başlamasıdır. Nə qədər ki, vəziyyət belə qalır, ermənilər mövqelərindən geri çəkilməyəcək, təxribatlara davam edəcək. Təbii ki, müharibə şəraitdə olan ölkənin şəhidləri olmalıdır.
Amma bir var, müharibə gedən zaman şəhidlərimiz olsun, bir də var, müharibə yoxdur, torpaqlar işğal altındadır və ermənilər heç nə olmamış kimi əsgərlərimizi öldürürlər. Ona görə də çıxış yolu ancaq müharibənin başlanması və bununla əlaqədar hazırlıq işlərinin görülməsidir.
Ermənilər törətdiyi çirkin əməllərə görə beynəlxalq ictimaiyyətin qınağına tuş gəlməli və beynəlxalq məhkəmənin qınaq obyekti olmalıdır. Daha təsirli addımlar atmalıyıq ki, düşmən əməllərinə görə cəzalandırılsın. Müharibə üçün hazırlığa başlamalıyıq. Beynəlxalq təşkilatlar görsün ki, düşmənin mənfi əməlləri olduğu üçün müharibəyə başlamağa haqqımız var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
19:29 07.10.2026
Gündəm
Qalibaf: İranın müxalifləri ölkədə zorakılıq yaratmağa çalışır
19:03 07.10.2026
Dünya
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya