“Danışıqlar prosesinin heç bir əhəmiyyəti yoxdur” - Real təhlil
Fidan Həmişəyeva
15:18 10.03.2020
Qarabağ
1284
“Belə vəziyyətdə ordunun üzərinə böyük və məsuliyyətli vəzifə düşür”
Politoloq:“Minsk qrupunun həmsədrlərinə və beynəlxalq ictimaiyyətə çatdırmalıyıq ki, belə davam etsə, daha təsirli addımlar atacağıq. Mövcud vəziyyət artıq belə addımlar atmağımızı yaxınlaşdırır”
Martın 7-də Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrini yerinə yetirən zaman əsgərimiz Qarayev Eltun Elman oğlu Ermənistan silahlı qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində şəhid olub.
Düşmən təxribatına dair fikirlərini “Sherg.az”la bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, hər gün sərhəddəki atışmalar zamanı əsgərlərimiz, zabitlərimiz şəhid olur. Bu, o deməkdir ki, müharibə gedir:
“Kimsə müharibənin getmədiyini düşünürsə, bu, yalandır. Nə üçün başqa ölkələrin sərhədlərində həlak olan yoxdur? Çünki orada müharibə şəraiti mövcud deyil. Bizdə isə sadəcə olaraq müharibənin forması dəyişib və real təsirləri bir az aşağı düşüb. Müharibə gedirsə, deməli ordumuz daha fəal olmalıdır”.
Politoloq qeyd edib ki, Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin heç bir əhəmiyyəti yoxdur. Belə vəziyyətdə ordunun üzərinə məsuliyyətli vəzifə düşür:
“Keçən illərin təcrübəsi onu göstərir ki, təxribatlar çoxalsa, hərbi əməliyyatların aparılması qaçılmaz olacaq. Xüsusilə, cəbhə xəttində əməliyyatlar aparılmalıdır. Çünki qarşı tərəf başqa dil başa düşmür. Hazırda sərhədyanı bölgədə təxribat nə üçün baş verir? Əslində Ermənistan çalışır ki, Azərbaycanı təxribata çəksin, nəticədə ordumuz Ermənistanda yerləşən obyektləri vursun.
Beləliklə, düşmən beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, guya Azərbaycan Ermənistana hücum edir. Təxribatın əsas məqsədi bundan ibarətdir. Ona görə də təxribatın reallaşmasına imkan vermirik. Amma Minsk qrupunun həmsədrlərinə və beynəlxalq ictimaiyyətə çatdırmalıyıq ki, belə davam etsə, daha təsirli addımlar atacağıq. Mövcud vəziyyət artıq belə addımlar atmağımızı yaxınlaşdırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
19:29 07.10.2026
Gündəm
Qalibaf: İranın müxalifləri ölkədə zorakılıq yaratmağa çalışır
19:03 07.10.2026
Dünya
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya