Deputat: “Azərbaycan öz torpaqlarını işğaldan azad etməli...”
Fidan Həmişəyeva
10:39 02.09.2019
Qarabağ
956
Elman Məmmədov: "...və sərhədlərimizi öz sərhədçilərimiz qorumalıdır. Belə olduğu təqdirdə ermənilər, ruslar və başqaları bizdən icazə alacaqlar”
İrəvan meri Ayk Marutyan Azərbaycanın işğal edilmiş Xankəndi şəhərinə səfər edib.
Onun Xankəndidə “Qarabağda İrəvan günləri” tədbirlərində iştirak etdiyi vurğulanıb. Məlumata görə, A.Marutyan Qarabağda hərbi hissələrdən birini də ziyarət edib.
Bu cür səfərlərin daha öncə də baş tutduğunu nəzərə alsaq, düşmən tərəfin cəmiyyətimizdə qıcıq doğurduğunu anlamaq o qədər də çətin deyil. İrəvan merinin növbəti səfəri də məhz buna dəlalət edir.
İrəvan merinin bu addımını sərt şəkildə pisləyən millət vəkili Elman Məmmədov“Sherg.az”a bildirib ki, ermənilərin ərazilərimizlə bağlı məqsədləri hər zaman məlumdur.
Parlament üzvü hesab edir ki, istər Ermənistanın rəsmi siyasi rəhbərliyi, istərsə də bütün erməni vətəndaşları sərbəst şəkildə işğal altında olan ərazilərimizə gəlib-gedirlər:
“Heç kim də onların gəlib-getməsinə maneçilik törədə bilmir. Sadəcə olaraq, biz 30 ildir etiraz edirik və bəyənatlar veririk. Amma bu etiraz və bəyənatlara nə Ermənistan rəsmiləri, nə də dünyanın müxtəlif ölkələrinin rəsmiləri əhəmiyyət verirlər. Onlar hər zaman öz bildiklərini edirlər, istədikləri zaman torpaqlarımıza ayaq basırlar. Hələ ki heç nə edə bilmirik. Nəsə etmək və bu durumun qarşısını almaq üçün ərazi bütövlüyümüzü, sərhədlərimizi bərpa etməliyik. Bundan sonra isə ərazilərimizə gəlib-gedənlər bizdən icazə alacaqlar. Həmin ərazilər Ermənistanın işğal altında olduğu üçün onlar kimə icazə verib çağırırsa, onlar da torpaqlarımıza gəlirlər. Bizdən isə heç kim heç nə soruşmur. Çünki bu gün həmin ərazilərə nəzarətimiz yoxdur. Bu nəzarətlər bərpa olunmalı, Azərbaycan torpaqlarını işğaldan azad etməli və sərhədlərimizi öz sərhədçilərimiz qorumalıdır. Belə olduğu təqdirdə ermənilər, ruslar və başqaları bizdən icazə alacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiyanın Vltava və Elba çaylarında suyun səviyyəsi kəskin enib
03:59 08.10.2026
Ekologiya
Həmzət ona 1 milyon təklif etdi: Yeri de, döyüşək!
03:23 08.10.2026
İdman
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm