Deputatın təklifi dəstək qazandı: "Qarabağ Universiteti yaradılmalıdır"
Fidan Həmişəyeva
14:13 29.08.2019
Qarabağ
674
Millət vəkili Aydın Mirzəzadə Xankəndi Pedaqoji İnstitutunun cəbhə xəttinə yaxın bir yerdə Ağcabədidə, Bərdədə, Ağdamda yerləşə biləcəyi ilə bağlı təklif səsləndirib. Deputat bildirib ki, hələ 1973-cü ildə sovet Azərbaycanının rəhbəri Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri Xankəndində Pedaqoji İnstitut açılıb.
Onun sözlərinə görə, bəlkə də SSRİ-də az-az institutlarda vardı ki, orada üç dildə tədris aparılırdı və bunlardan biri də məhz həmin institut idi:“O institutun açılması Qarabağdakı Azərbaycan icmasının öz mövqeyinin möhkəmlənməsində, Azərbaycan ictimai fikrinin öyrənilməsində çox böyük rol oynayıb. Çox təəssüf ki, məlum Dağlıq Qarabağ məsələlərindən sonra həmin institut Şuşaya köçdü, Şuşanın işğalından sonra Azərbaycanın başqa regionuna köçdü, sonda isə hansısa universitetə birləşdirildi.Ona görə mən belə hesab edirəm ki, həmin institutu – Xankəndi Pedaqji İnstitutu bərpa edilməlidir. Tələbə qəbulu verilməlidir. O institut-universitet cəbhə xəttinə yaxın bir yerdə Ağcabədidə, Bərdədə, Ağdamda, lap Mingəçevirdə yerləşə bilər və bir qaçqın universiteti kimi ermənilərin işğalçılıq siyasətinə qarşı ideoloji silah kimi onun mövcudluğundan istifadə edə bilərik”.
Həmkarının təklifi ilə bağlı Sherg.az-a açıqlama verən millət vəkili Aqil Abbas bildirdi ki, sözügedən təklifi ilk dəfə o səsləndirib:
“Bildirmişdim ki, Xankəndi Pedoqoji İnstitutu Qarabağ Universiteti adlandırılsın. Xankəndi Pedoqoji İnstitutu hazırda Ağcabədidə yerləşir və Pedoqoji Universitetin filalı kimi fəaliyyət göstərir. Həmçinin institutun maddi texniki bazası, müəllim və tələbə heyəti də mövcuddur. Bir zamanlar deputat Zahid Oruc da Qarabağ Universitetinin yaradılması ilə bağlı cənab prezidentə müraciət etmişdi. Yəni, bu məsələ çoxdan müzakirə olunur. Aydın Mirzəzadə də çox sağ olsun ki, mövzunu yenidən gündəmə gətirib”.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada aeroportda üzərində partlayıcı olan dron tapıldı
15:04 05.08.2026
Dünya
Avropa və rusiyalı keçmiş rəsmilər Vyanada gizli görüşdülər
14:58 05.08.2026
Ekologiya
Zelenski: Ukraynaya HHM üçün raket tədarükü üç dəfə azalıb
14:38 05.08.2026
Gündəm
FT: Tramp Ukraynaya "Patriot"lar üçün raket vermək niyyətində deyil
13:30 05.08.2026
Dünya
TƏBİB-dən səs yazısı yayılan həkimlə bağlı - REAKSİYA
13:15 05.08.2026
Sağlamlıq
Xocavəndə növbəti köç karvanı yola salındı - FOTO
13:10 05.08.2026
Aktual
Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib
12:44 05.08.2026
Gündəm
Türkiyə klubu Məhəmməd Salahı transfer etdiyini rəsmən açıqladı
12:33 05.08.2026
Futbol
Sabah 39 dərəcə isti olacaq
12:26 05.08.2026
Ekologiya
Modern təhsil islahatçısı: Seyyid Əhməd Xan
12:14 05.08.2026
Tarix
Türkiyəli aşpaz Ruben Rubinyanı Adanaya kabab yeməyə dəvət etdi
11:39 05.08.2026
Region
Ermənistanda seçkilərdən əvvəl açılan cinayət işlərinin sayı artıb
11:31 05.08.2026
Region
Qızıla qlobal tələbat bu il 2% artaraq rekord həddə çatıb
11:29 05.08.2026
İqtisadiyyat