Erməni təxribatı səngimir! – “...Azərbaycan anti-terror əməliyyatlarına başlayacaq”
Yusif Nəzərli
13:12 11.03.2022
Qarabağ
1256
“Hazırda Azərbaycan ərazisində müvəqqəti yerləşən rus sülhməramlıları da bunun üçün kifayət qədər şərait yaradıb”
“Digər tərəfdən rus sülhməramlılarına da bildirilməliyik ki, onlar ya öz imkanları ilə dörüdüncü bəndin tələblərini yerinə yetirəcəklər, ya Azərbaycan tərəfi təbii ki, onların tərk-silah edilməsi ilə bağlı ciddi tədbirlər görəcək”
Martın 10-u saat 19:45-dən martın 11-i saat 08:35-dək Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən fasilələrlə atəşə məruz qalıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, ordumuzun Füzuli, Xocavənd, Ağdam və Xocalı, Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov son günlər səngiməyən erməni təxribatı barədə “Sherg.az”a danışıb:
“Hazırda regionda sülhün bərqarar edilməsi, üçtərəfli bəyanatın yerinə yetirilməsi üçün işlər aparılır. Müəyyən bir qüvvələr var ki, onlar burda sülhün yaradılmasını yox münaqişənin alovlanmasını istəyirlər. Bu regionda böyük dövlətlərin maraqları toqquşur. Həmin böyük dövlətlər maliyyələşdirdikləri erməni diasporaların vasitəsilə burda öz siyasətini həyata keçirmək istəyirlər.
Maliyyələşən bu diasporlarsa, vaxtaşırı həmin qurumlara hesabat verməlidirlər. Hesabatın tutarlı olması atəşkəsin pozulması və münaqişənin “tüstülənməsi” ilə mümkün olur. Hazırda Azərbaycan ərazisində müvəqqəti yerləşən rus sülhməramlıları da bunun üçün kifayət qədər şərait yaradıb”.
Ş.Ramaldanov Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli Bəyanata diqqət çəkib:
“Bəyanatın dördüncü bəndi hələ də icra olunmayıb. Həmin bənddə Azərbaycan ərazisindəki erməni silahlılarının tərk-silah edilməsi, onların həmin ərazilərdən xaric edilməsi əks olunub. İndiki halda bu çox vacib məsələdir. Hazırda görürük ki rus sülhməramlı qüvvələri dördüncü bəndi yerinə yetirmirlər. Bu qüvvələr tərki-silah edilmədiyi müddətdə isə Azərbayacan üçün təhlükə yaradacaqlar”.
Polkovnik diqqətə çatdırıb ki, Azərbaycan tərəfi təbii ki, onların tərk-silah edilməsi ilə bağlı ciddi tədbirlər görəcək:
“Digər tərəfdən rus sülhməramlılarına da bildirilməliyik ki, onlar ya öz imkanları ilə dörüdüncü bəndin tələblərini yerinə yetirəcəklər , ya da Azərbaycan öz ərazisində anti-terror əməliyyatlarına başlayacaq. Bunun üçün də ölkəmizin yetərli qədər gücü və imkanı var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə