Fikir qətidir !- Torpaqların azad olunmasına hazırlıq gedir” - Müharibə qaçılmazdır !
Fidan Həmişəyeva
16:24 22.07.2020
Qarabağ
1230
Prezident İlham Əliyev iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəkı çıxışında müxtəlif mövzulara toxundu. Ölkə başçısı Türkiyə ilə strateji tərəfdaşlığa önəm verdiyini bir daha vurğuladı. İlham Əliyev türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğanın xüsusi olaraq ona söylədiyi fikirləri xatırlatdı:
“Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaqlar. Biz sona qədər bir yerdəyik”.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu“Sherg.az”a bildirib ki, Prezidentin bu sözlərindən Azərbaycanın Türkiyə ilə hərbi-strateji müttəfiqliyi üst səviyyəyə qaldırmağa hazır olduğu göz önündədir:
“Elə sərhəddəki insident zamanı müdafiə nazirinin Ankaraya göndərilməsi prezidentlərin telefon söhbətindən sonra reallaşmışdı. Prezident İlham Əliyevin daha sonra işğal altındakı torpaqlarla bağlı yanaşmasında diqqəti çəkən cümlələri oldu: “Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil.
Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Budur mənim siyasətim və bu, siyasətimin bir hissəsidir, o hissəsi ki, bu haqda hələ ki, açıq danışmaq olar”.
Politolqun fikrincə, dövlət başçısının sözlərindən bu qənaətə gəlmək olar ki, danışıqların davamının Azərbaycan üçün faydası yoxdur və torpaqların güc yolu ilə azad olunmasına hazırlıq gedir:
“Ancaq budəfəki hərbi əməliyyat 2016-cı ilin əməliyyatına bənzəməməlidir, yəni kiçik ərazinin azad olunmasıyla kifayətlənə bilmərik, prezidentin də dediyi kimi “yarımçıq həll” Azərbaycanın maraqlarına cavab vermir. Bu mənada prezidentin Şuşanı xatırlaması təsadüfi deyildi. Azərbaycanın Dağlıq Qarabağ istiqamətindəki zərbəsi Dağlıq Qarabağ ətrafındakı 5 rayonla yanaşı Şuşa, Laçın və Kəlbəcərin də azad olunmasını sürətləndirməlidir.
Prezidendin çıxışının bu hissəsi ona görə vacib idi ki, ictimaiyyət Tovuz döyüşlərdən sonra işğal altındakı torpaqların azad olunmasını tələb edir.
İlk baxışdan Ermənistandakı daxili vəziyyət, o cümlədən beynəlxalq mühit də hərbi əməliyyata başlamaq üçün Azərbaycan üçün münbit zəmin yaradır. Prezident də Azərbaycan cəmiyyətinin və beynəlxalq aləmin dəstəyindən məmnun qaldığını gizlətmir. Ancaq Prezident son qərarı vermək üçün başqa amilləri də nəzərə almaq məcburiyyətindədir. Bu amillər içərisində Azərbaycanda qarışıqlıq yaratmaq istəyən güclərdən tutmuş xarici mərkəzlərin işğalçıya dəstəyinə qədər amillər var. Müharibə başlayacağı təqdirdə bu risqlər ortadan qaldırılmalıdır”.
Analitik vurğulayıb ki, Azərbaycan prezidentinin fikri qətidir:
“Müharibə qaçılmazdır. Bu Ermənistan hakimiyyətinə və cəmiyyətinə də ciddi mesajdır ki, onlar Azərbaycan torpaqlarını azad etmək istəmirlərsə, müharibə və itkilərlə üzləşməli olacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm
Ayı kabusu: 4 nəfər yaralandı, məktəblər bağlandı
18:21 02.06.2026
Hadisə
Ağrıkəsici sanıb qulaqlığını uddu - Mədəsindən səs gəldi
18:09 02.06.2026
Hadisə
Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər
18:00 02.06.2026
Gündəm
Madyar: Mənim dövrümdə Ukraynaya silah verilməyəcək
17:17 02.06.2026
Gündəm
Sudan lideri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
17:12 02.06.2026
Gündəm
Avropa İttifaqı Ermənistana 2,2 milyon avro verəcək
16:53 02.06.2026
Gündəm