Kremlin planı: Ermənistan İranla sərhəddəki Azərbaycan ərazilərini boşaldır və...
Fidan Həmişəyeva
12:55 23.11.2019
Qarabağ
991
Erməni analitik Alla Aydiyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Milanda Qarabağla bağlı açıqlamalarını şərh edərkən maraqlı məqamlara toxunub. Aydiyan Ermənistan hakimiyyəti içində gedən söz-söhbətlərdən xəbərdar olduğunu bildirib:
“Mən hakimiyyət daxilində baş verən bəzi vacib məqamları adi insanlardan çox bilirəm. Belə ki, Paşinyan bu gün keçmiş prezident Serj Sarkisyanı atəşkəs müqabilində Meğri və 7 rayonu Azərbaycana qaytarmaq istəməkdə ittiham edir. Mən bu söhbətin bəzi detallarını bilirəm, amma tam olaraq mənzərəni görmək olmur”. Aydiyan istisna etmir ki, məhz bu fakt Sarkisyan hakimiyyətinə son qoyub.
Mövzunu dəyərləndirən politoloq Azər Rəşidoğlu “Şərq”ə açıqlamasında bildirib ki, məsələyə bir qədər qlobal baxmaq lazımdır:
“Ermənistanda “Qarabağ klanı” hakimiyyətdən getdi. Robert Koçaryan da kitabında Heydər Əliyevlə görüşündən yazır və bildirir ki, Ermənistan və Azərbaycanın mövcud iqtidarı bu problemi həll etmək gücündə deyil. Ardınca Ermənistanda hakim komanda əks-elita ilə əvəzlənir. Azərbaycanda da kimlərsə KTMT-yə üzvlüyün mühümlüyünü əsaslandırır və sülh danışıqlarından bəhs edir, qarşı tərəf isə kompromislərin mümkün olmadığını bəyan edir.
Beləliklə, Qarabağa münasibətdə də tamamilə fərqli baxışlar müşahidə edilir. Bu gün Rusiya İranla sərhədyanı rayonların qaytarılmasına nail olmaq üçün ermənilərə təzyiq göstərir. Plana görə, Ermənistan İranla sərhəddəki rayonları boşaldır, əvəzində rəsmi Bakı bu rayonlara güclü maliyyə qoymaqla yanaşı sovet dövründə işləmiş Bakı-Noraşen dəmir yolunu işə salır, Rusiyadan gələn yüklər quru vasitəsi ilə Ermənistana çatdırılır. Dağlıq Qarabağın statusunun adıçəkilən prinsiplərə uyğun olaraq müzakirəsi isə 15-20 il sonraya saxlanılır.
Rəsmi Bakı isə 30 ildən bəri daşlaşmış münaqişənin həllinə başlamaqla yanaşı, cəmiyyətə daha bir mesaj verir: Bakı-Noraşen dəmir yolunun işə düşməsi həm də Naxçıvanın blokadadan çıxarılması deməkdir. Gözlənilən dəyişikliklər regionda qlobal təlatümlərə səbəb ola bilər. Belə olan anda həm Rusiya, həm də Qərbə İran sərhəddində stabillik lazımdır. Qərb onsuz da anlayır ki, İrana qarşı müharibə senarisi olsa belə, bu hücum Azərbaycan ərazisindən olmayacaq. Amma İrana hücum zamanı milyonlarla insanın Azərbaycan sərhədlərini keçməsi realdır ki, bu da Bakını ciddi problemlərlə üzləşdirə bilər.
Bir sözlə, yeni siyasi elita Qarabağ və İranla sərhəd məsələsində tamamilə fərqli mövqe sərgiləyir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan siyasətində baş verənlər yalnız dünyagörüşünün və mədəniyyətlərin toqquşması deyil, Azərbaycanın gələcəyi ilə bağlı konseptual fikir ayrılığıdır. Heydər Əliyevin zamanında imzalamaqdan imtina etdiyi “Qarabağ planı”nı bu gün kimsə imzalamağa hazır deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm