“Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır” açıqlaması provakativ addımdır” – Deputat
Fidan Həmişəyeva
14:00 07.08.2019
Qarabağ
1030
Ötənlərdə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirililib ki, Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar aparmamaq üçün bəhanələr axtarışındadır.
XİN-in mətbuat katibi Leyla Abdullayeva bəyan edib ki, bu gün bölgədə yaşanan gərginliyin, ümumiyyətlə Ermənistan və Azərbaycan arasında “cəbhə bölgəsi”nin mövcud olmasının yeganə səbəbkarı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, yəni Dağlıq Qarabağ və ətraf yeddi rayonu hərbi işğal edən Ermənistandır. Onun sözlərinə görə, düşmən tərəf Qarabağla bağlı məsələdə müxtəlif bəhanələrlə digər günahkarı axtararaq özü-özünü aldatmaqla məşğuldur.
Artıq uzun müddətdir, Ermənistan BMT qətnamələrini icra etməməklə Qarabağla bağlı danışıqlardan qaçır. Bəs, belə olan təqdirdə Azərbaycan tərəfi nə etməlidir?
Sualımızı cavablandıran Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov“Sherg.az” söylədi ki, bu günə qədər düşmən tərəfin verdiyi bəyanatlar tamamilə reallıqdan uzaq, məsuliyyətsiz və beynəlxalq səviyyədə danışıqlar prosesinə zərbə vurmaq niyyətini özündə əks etdirir:
“Ümumiyyətlə, son zamanlar Ermənistan Azərbaycana qarşı provakativ addımlar atır. Bu addımlar da yalnız bir məqsəd daşıyır: Azərbaycanı ciddi hərəkət etməyə vadar etmək və bununla da Dağlıq Qarabağ məsələsini beynəlxalq səviyyədə tamamilə başqa iqtiqamətə yönəltmək. Məsələn, bir neçə müddət öncə cəbhə xəttində atışmalar baş verdi, əsgərlərimiz şəhid oldu. Ermənistanın müdafiə naziri provakasion bəyanatlar yaydı və Dağlıq Qarabağda qondarma rejim tərəfindən dırnaqarası beynəlxalq tədbirlər keçirildi.
Son olaraq isə Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır” deməsi ilə birbaşa provakasiyanı ehtiva edən addımdır. Bütün bunlar qıcıq yaratmaq məqsədi güdsə də, heç bir məna daşımır. Paşinyan o dərəcədə həqiqəti əks etdirməyən ifadələr səsləndirir ki, sabahısı gün onun sözçüsü “Paşinyan bunu demək istəmirdi” sözlərini dilə gətirdi. Özləri də başa düşürlər ki, bu cür sərsəm bəyanatlarla danışıqlar prosesini pozurlar, regiondakı məsələləri başqa istiqamətə yönəldirlər və təhlükə yaradırlar”.
S.Seyidov vurğulayıb ki, Paşinyan Dağlıq Qarabağ məsuliyyətini boynuna götürməkdən qorxur:
“Paşinyan bütün vasitələrlə Azərbaycana qarşı provakativ addımlar ataraq ölkəmizi ciddi əks addımlar atmağa vadar edir. Bununla istəyir ki, iqtisadi iflasa uğraması ört-basdır olunsun, birdəfəlik Qarabağı itirsin və desin ki “mən nə edə bilərəm?”, yaxud da başqa bir tərzdə Qarabağ məsuliyyətini böyük dövlətlərin boynuna atsın. Bütün bunlar Paşinyanın nə Ermənistanı normal şəkildə idarə emtək qabiliyyətinin, nə də Qarabağ probleminin həlli istiqamətində ciddi addım atmaq cürətinin olduğuna dəlalət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə
“Qalatasaray” azarkeşlərinə üzücü xəbər
16:10 06.09.2026
Futbol
Uitkoff və Kuşner Ukraynaya səfər edib
15:52 06.09.2026
Gündəm
Almaniyanın bu addımı müharibənin başlanğıcıdır - Lavrov
15:35 06.09.2026
Gündəm