Qarabağ "düyün"ü açıla bilər: "Rusiya və Azərbaycan arasında razılaşdırılmış məqamlar var"
Fidan Həmişəyeva
12:40 04.10.2019
Qarabağ
1298
“Bu gün Ermənistan və Rusiya münasibətləri ən gərgin zamanını yaşayır”. Bu sözləri Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Politoloq qeyd edib ki, Rusiya və Ermənistan münasibətlərini bir neçə aspektdə təhlil etmək olar:
“Geosiyasi aspektdən təhlil etsək, aydın məsələdir ki, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı müttəfiqidir. Hər iki dövlətin xüsusilə Rusiyanın regionda geasoyasi maraqları var. İndiki münasibətlərə qaldıqda isə Rusiya və Ermənistan münasibətləri eyni zamanda liderlərin bir-birinə olan münasibətlərindən asılıdır”.
Z.Məmmədov bildirdi ki, Rusiya və Ermənistan münasibətləri hələ Sarkisyanın hakimiyyəti zamanı pisləşmişdi:
“Sarkisyanın Avropa İttifaqı (Aİ) və Rusiya ilə ikili oynaması ona baha başa gəldi. Nəticədə Ermənistanda küçə inqilabının şahidi olduq. Paşinyan və Putin arasında münasibətlər olduqca bərbad vəziyyətdədir. Bunun səbəbi Paşinyanın Rusiyaya qarşı Ermənistan daxilində siyasi və iqtisadi addımlarıdır. Ermənistandakı Rusiya şirkətlərinə qarşı süründürməçilik Rusiyanın xoşuna gələ bilməzdi”.
Ermənistandan fərqli olaraq Azərbaycanın dayanıqlı, sabit və düşünülmüş siyasət yürütməkdə olduğunu deyən politoloq vurğuladı ki, prezident İlham Əliyevin xarici siyasəti bütün vektorlarla Azərbaycana uğur gətirir:
“Çünki Cənubi Qafqazın əsas ölkələrindən biri olan Azərbaycan geosiyasi aspektdə istər sivilizasiyaların, istərsə də dünyanın ayrı-ayrı hegemon dövlətlərinin maraqlarının kəsişdiyi bir bölgədir. Bu gün neft-qazla zəngin olan Azərbaycanın Aİ, ABŞ və Rusiya ilə dil tapması heç də asan başa gəlməyib. Prezident İlham Əliyevin Vladimir Putinlə "Valday" Klubunun iclasında görüşü, ümumiyyətlə, prezidentimizin ora dəvət olunması Azərbaycan liderinə verilən qiymətdir.
İlham Əliyev son bir neçə ildə Azərbaycanla Rusiya arasında həm enerji layihələrində, həm də digər sahələrdə olan layihələrdə , eyni zamanda hərbi əməkdaşlıqda artan inkişaf tempinin şahidiyik. Həmçinin İlham Əliyevin "Valday" çərçivəsində “Qarabağ Azərbaycandır!” bildirməsi onu göstərir ki, Rusiya və Azərbaycan arasında razılaşdırılmış məqamlar var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya