Qazi ümidlidir:“...Qarabağ mövzusu yeni parlamentdə aktuallığını itirməyəcək"
Fidan Həmişəyeva
15:13 13.03.2020
Qarabağ
1303
"Hər kəs “vətənpərvərəm” deyir, lakin bu sözü tamamlamaq üçün hərəkət yoxdur. Qarabağ mövzusuna səmimi yanaşmaq lazımdır"
Parlamentin bu günkü iclasında millət vəkili Qüdrət Həsənquliyev maraqlı təkliflə çıxış edib. Parlamentari bəzi komitələri birləşdirilməli olduğunu deyib. Deputat diqqətə çatdırıb ki, həmçinin, yeni komitələr yaradılmalıdır: “Təklif edirəm ki, Milli Məclisdə Qarabağ komitəsi yaradılsın”.
Deputatın təklifini “Sherg.az”a dəyərləndirən Qarabağ qazisi Rizvan Vəliyev bildirib ki, parlamentin ilk iclasında belə təklifin irəli sürülməsi Qarabağ mövzusuna daha səmimi və cəsarətli yanaşmanın tələbi kimi dəyərləndirilməlidir:
“Qüdrət bəyin zaman-zaman Qarabağ mövzusuna müraciət etməsinin şahidi olmuşuq. Bir vaxtlar Qüdrət bəy, çıxışında bildirmişdi: “Qarabağı azad edəcək qədər fədakar xalq deyilik”. Belə yanaşmanı cəmiyyət birmənalı qarşılamadı, deputatı ittiham edənlər oldu. Amma yanaşma düzgün idi. Çünki cəmiyyətdə hər kəs “vətənpərvərəm” deyə bilir. Lakin bu sözü tamamlamaq üçün heç bir hərəkət yoxdur. Qarabağ mövzusuna səmimi yanaşmaq lazımdır. Qüdrət bəyin təklifini müsbət dəyərləndirirəm. İnanıram ki, yeni parlamentin fəaliyyətində Qarabağ mövzusu aktuallığını itirməyəcək. Çünki öncəki parlamentin illərlə fəaliyyətinə nəzər salsaq, onların fəaliyyətsizliyinin şahidi olarıq. Bu mövzu parlament üçün heç vaxt aktual olmayıb”.
R.Vəliyev bildirib ki, hazırda cəmiyyətdə baş verən istənilən neqativ hadisənin kökündə məhz Qarabağ məsələsi dayanır:
“Bu gün Azərbaycanda ata ilə oğul arasında problem yaranır. Övlad atasını eşitmir. Bütün bunların kökündə birmənalı olaraq Qarabağ məsələsi dayanır. Çünki üzərimizə düşən problemi övladlarımıza ötürdük. Zamanında problemi çözməli idik ki, sonrakı nəslin ittihamları ilə rastlaşmayaq. Cəmiyyətdə istənilən mənfi hadisələrlə rastlaşanda bilirik ki, əsas səbəb işğalda olan torpaqlarımızdır. Ona görə də özümüzü günahkar hesab edirik. Savaş olacaqsa, ədalətli savaşın tərəfdarıyıq. Şəhidlik anlayışı bizim üçün uca məqamdır. Ədalətli savaş olmalıdır ki, zəfərə nail olaq. Hər birimiz nəyisə qurban verməliyik. İnanıram ki, ədalətli bölgüdə savaşı qazanmaq iqtidarında olarıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
19:29 07.10.2026
Gündəm
Qalibaf: İranın müxalifləri ölkədə zorakılıq yaratmağa çalışır
19:03 07.10.2026
Dünya
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya