Sabiq XİN başçısından müharibə anonsu: “...Danışıqlar mümkün deyil”
Fidan Həmişəyeva
09:37 10.09.2019
Qarabağ
831
ATƏT-in Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi bəyanata münasibət bildirib.
O qeyd edib ki, erməni baş nazirin bəyənatları danışıqlar prosesinə zərbə vurur.
G.Tseretelinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi bütün dünyanın, eləcə də ATƏT-in diqqət mərkəzindədir:
“Düşünürəm ki, münaqişənin həllinə nail olmaq məqsədi daşımayan və ölkələr arasındakı müzakirələrə töhfə verməkdən uzaq olan bu cür bəyanatların səsləndirilməsi hər zaman sülh prosesini zədələyir. Biz daha çox konstruktiv bəyanatlar eşitmək istəyirik və konkret addımlar gözləyirik. Fikir ayrılıqlarını və fərqli düşüncələri bir araya gətirib ortaq dil tapmaq lazımdır. Ayrılıqlara səbəb olan və münaqişənin nizamlanması prosesinə zədə vuran bu cür bəyanatların səsləndirilməsi təəssüf ki, bu istiqamətdə mövcud olan problemlər sırasındadır. Münaqişənin həlli güclü siyasi iradə tələb edir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yalnız beynəlxalq hüquq çərçivəsində nail olmaq mümkündür”.
Giorgi Tseretelinin açıqlamasını şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov“Sherg.az”a söyləyib ki, Azərbaycanda bir çoxları Paşinyanın bəyənatlarının danışıqlar prosesinə zərbə vurduğunu deyib:
“Məntiq əsasında belə nəticəyə gəlmək olar. İndiki vəziyyətdə görüşlərin mövzusu nə olacaq? Ümumiyyətlə, müzakirə üçün mövzu qalıbmı? Belə bir fikirlər səslənir ki, guya ayın sonundan Nyu- Yorkda danışıqlar və görüşlər keçirilməlidir.
Dünyada müstəqil və beynəlxalq təşkilatlardan olan insanların fikirləri də belədir ki, münaqişə ilə bağlı ortada heç bir mövzu qalmayıb. İndi Dağlıq Qarabağla bağlı danışıqlar mümkün deyil. Çünki Ermənistan hər zaman danışıqlardan qaçır.
Artıq onlar buna nail olublar. Gələcəkdə bizi nəyin gözlədiyi də təxminən bəllidir. Danışıqlar yoxdursa, təəssüf ki, düşmən tərəf bizə müharibədən başqa seçim buraxmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həmzət ona 1 milyon təklif etdi: Yeri de, döyüşək!
03:23 08.10.2026
İdman
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya