Şuşa Qafqazın sülh mərkəzinə çevrilir
Turan
07:27 23.06.2021
Qarabağ
540
"Bəyannamədə bəzi mühüm müddəaların yer alması bizim gücümüzü daha da artırır"
Parlamentin dünənki iclasında deputatlar Şuşa Bəyannaməsinin imzalanmasını yüksək qiymətləndiriblər. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, 15 iyunda - Azərbaycan dövlətinin xilası günündə Şuşada Türkiyə dövləti ilə imzalanan hərbi-siyasi İttifaqı Ermənistana təhlükə kimi qələmə verənlərin qorxu və xof siyasəti nəticə vermədi. Çünki erməni xalqı başa düşür ki, onların təhlükəsizliyinə və siyasi gələcəyinə üçüncü dövlətlərin verdikləri hərbi təminat Türkiyə və Azərbaycanın qarantiyasını əvəz edə bilməz: “İki dövlətin hərbi İttifaqı başqa ərazilərə hücum planı deyil, əksinə, 100 illik Qars müqaviləsinə istinad edilməsi Şuşanı Qafqazın sülh mərkəzinə döndərir. Ərdoğanın səfəri qardaş ölkənin dövlət başçısının Şuşaya ilk səfəri olsa da, yeni seçilən İran prezidenti, o cümlədən, ABŞ və Rusiya rəhbərləri də gəlib Şuşada ölkə rəhbərinin ziyarətində ola bilərlər. Onlara da yol açıqdır”. Deputat əlavə edib ki, iki gün əvvəl Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin yekunları Vətən müharibəsində parlaq qələbəmizin nəticələrinə tam uyğundur: “10 noyabr razılaşmasının ümumxalq səsverməsi ilə qəbuludur.
Digər tərəfdən, erməni xalqı və ordusu yeni müharibələrə qadir olmadığını, işğal partiyasının rəhbərləri Koçaryanın və Sarkisyanın 30 illik istismar düşərgələrində və səngərlərində bir daha ölmək istəmədiklərini nümayiş etdirdi. Əks halda, dünya tarixində məğlub Ali Baş Komandana yenidən mandat verilməsi görünməmiş hadisədir. Deməli, Azərbaycanın qələbəsi 90-cı illərdə miflərlə aldadılmış başqa bir xalqı da xilas etdiyi üçün 687 min insan indi sülhə səs verir”.
Millət vəkili Cavid Osmanov da qeyd edib ki, Azərbaycanla Türkiyə arasında olan qardaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyub. Deputat bildirib ki, 100 il sonra Azərbaycanın ərazi bütövlüyünün təminatçısı olaraq Şuşa Bəyannaməsi imzalandı:
“Türkiyə və Azərbaycan arasında hərbi müttəfiqlik təsbit olundu. Bəyannamədə bəzi mühüm müddəaların yer alması bizim gücümüzü daha da artırır. Bu sənəd Azərbaycanın daha güclü ordusunun yaradılmasına sözsüz ki, öz töhfəsini verəcək. Türkiyə dünya masştabında güclü ölkəyə çevrilib. Şuşa Bəyannaməsinin imzalanmasının çox böyük tarixi əhəmiyyəti var. Bu bəyannamənin Şuşada imzalanması tarixi hadisədir. İkincisi, bu bəyannamənin imzalanması günü təsadüfi seçilməmişdi. 15 iyunu biz Qurtuluş günü kimi qeyd edirik. Şuşa Bəyannaməsi bölgədə sülhə, əmin-amanlığa dəstək olacaq sənəddir. Bu sənəd hər iki ölkənin milli maraqlarına uyğundur. Bununla bağlı 48 partiya da dəstək verdi”.
Deputat Tural Gəncəliyev isə ötən həftə sonu keçirilmiş Antalya Diplomatiya Forumu haqqında danışıb. O, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Forumda iştirak etdiyini bildirib:
“Türkiyə qlobal güc mərkəzinə çevrilir. Forumda Azərbaycana xüsusi diqqət göstərilirdi. Bütün ölkələrin təmsilçiləri Azərbaycanın hazırda Cənubi Qafqazda və Cənubi Qafqazdan kənarda rolunu xüsusi qiymətləndirirdilər. Türkiyədə ənənəvi olaraq keçiriləcək bu forumda iştirak etmək çox əhəmiyyətlidir. Bu forum yeni regional məsələləri müzakirə etmək baxımından çox vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Azərbaycan yaşıl enerji üzrə regional hab rolunu gücləndirir
17:58 01.06.2026
Gündəm
Putinin “gizli ailəsi”: İki oğlunun olduğu bildirilir - FOTO
17:53 01.06.2026
Dünya
SON DƏQİQƏ: İran ABŞ-la danışıqları dayandırdı
17:48 01.06.2026
Gündəm
Sabah BTQ dəmir yolu xətti istifadəyə veriləcək - FOTO
17:24 01.06.2026
İnfrastruktur
Medvedev: Paşinyan axırda Avropaya qaçacaq
17:22 01.06.2026
Gündəm
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd edilib
17:09 01.06.2026
Media
Azərbaycanda uşaqların sosial müdafiəsi gücləndirilir
16:57 01.06.2026
Cəmiyyət
Bəzi ərazilərdə yağış yağacaq - XƏBƏRDARLIQ
16:01 01.06.2026
Ekologiya
Makron Trampla Yaxın Şərqi müzakirə edib
15:13 01.06.2026
Gündəm
Köçəryan Rusiya ilə hədələdi - “Fəlakət olacaq”
13:42 01.06.2026
Region
Ərdoğandan Bakı Enerji Həftəsinə mesaj: Suriyaya qaz tədarükü...
13:22 01.06.2026
Gündəm
Putin Paşinyanın ad gününü üç cümləlik mesajla təbrik etdi
13:06 01.06.2026
Gündəm
Netanyahu Beyruta hücum əmri verdi
12:56 01.06.2026
Dünya