Şuşa şəhərində dopler radar sistemi qurulacaq
Yusif Nəzərli
11:38 18.03.2022
Qarabağ
844
“Azərbaycan torpaqları təxminən 30 il işğal altında olub. 30 il ərzində bu ərazilərdə ekobalans pozulub, biomüxtəliflik ciddi şəkildə zərər görüb, ətraf mühitə ciddi zərbələr vurulub”.
APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantında deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə su ehtiyatları, çaylar ekoloji böhrana məruz qalıb.
Muxtar Babayev vurğulayıb ki, işğal dövründə hidrometeoroloji stansiyalar, ekoloji vəziyyəti müşahidə üçün bütün infrastruktur Ermənistan tərəfindən məhv edilib.
Nazir bildirib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yaşıl iqtisadiyyat, resursların ağıllı və dayanıqlı istifadəsinə, su resurslarının idarəçiliyinə xüsusi diqqət ayırır, müasir standartlar tətbiq olunur.
Muxtar Babayev xüsusilə Oxçuçayın çirklənməyə məruz qaldığını diqqətə çatdırıb və əlavə edib ki, Oxçuçayla bağlı məsələ müxtəlif beynəlxalq təşkilatların qarşısında qaldırılıb.
“Azad olunmuş ərazilərdə 11 meteoroloji stansiyanın tikilməsi barədə artıq təşəbbüs verilib. Şuşa şəhərində dopler radar sistemi qurulacaq və Şamaxı ilə Göygöl ərazisindəki mövcud şəbəkəyə qoşulacaq”, - nazir qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya