Vətən müharibəsində iştirak edən hərbçilər təltif olunublar - VİDEO
Yusif Nəzərli
08:01 25.03.2022
Qarabağ
769
Əlahiddə Ümumqoşun Orduda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilən Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.
"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Medalların təqdim edilməsi mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Vətən müharibəsi iştirakçıları ilə görüşən Əlahiddə Ümumqoşun Ordu komandanı,
general-polkovnik Kərəm Mustafayev müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Ordu quruculuğu siyasətindən və 44 günlük müharibə ilə qazanılan Zəfərdən danışıb.
General-polkovnik Kərəm Mustafayev bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda gedən mübarizədə xalqımız əzm və iradə ilə bir yumruq olub düşmənə sarsıdıcı zərbələr endirdi. Vətən müharibəsi ilə yazılan bu tarix Azərbaycanımızın inkişafı üçün möhkəm bünövrə olmaqla bərabər regionumuz üçün də dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir. Vətən müharibəsində iştirak etmiş Naxçıvandan olan hərbçilərə və Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətinə yüksək qitmət verən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanlılar İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.
Martın 15-də şəhid ailələrinə və qazilərə mənzillərin, Vətən müharibəsi iştirakçılarına avtomobillərin təqdim olunduğu tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın xoşbəxt gələcəyi Azərbaycan vətəndaşlarının Vətənə olan sevgisi, vətənpərvərliyi və millətimizin qüdrəti ilə bağlıdır”-fikirlərini xatırladaraq demişdir: İkinci Qarabağ müharibəsində Lider-xalq birliyi və igid oğullarımızın qəhrəmanlığı xalqımıza böyük Zəfər qazandırdı.”
Azərbaycan-Türkiyə dostluq əlaqələrindən və hərbi əməkdaşlığından danışan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin Qafqaz regionu üçün əhəmiyyətini və bu kontekstdə Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyətinin nəzərə alınacaq perspektivini qeyd edib.
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları kapitan Üzeyir Novruzov və baş leytenant Fariz Babayev döyüşlər barədə təəssüratlarını bölüşüb, müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən qayğıdan danışıblar.
Tədbirdə dövlət təltifləri haqqında məlumat verilib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilmiş İkinci Qarabağ müharibəsinin iştirakçılarına Xocavəndin, Cəbrayılın, Zəngilanın və Ağdamın azad olunmasına görə medalları təqdim edilib.
Şəxsi heyətin təntənəli keçidi ilə təltifetmə mərasimi başa çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdam sakini Füzulidə minaya düşərək həlak oldu
20:48 12.03.2026
Hadisə
Tramp: İran yığması dünya çempionatına qatıla bilər, amma...
20:35 12.03.2026
Futbol
“Azərbaycan sülh diplomatiyasının mərkəzindədir” - ŞƏRH
20:23 12.03.2026
Gündəm
İranın parçalanmasına qarşıyıq - Hakan Fidan
20:11 12.03.2026
Dünya
Ramazanın 23-cü günü: Dua, imsak və iftar vaxtı...
19:59 12.03.2026
Cənubi Qafqaz
Ankarada zəlzələ olub
19:27 12.03.2026
Hadisə
Rusiya neftinə sanksiyalar ləğv edilməyəcək - ABŞ
19:19 12.03.2026
Dünya
NATO Türkiyəyə ona görə "Patriot" yerləşdirdi ki.. - Fidan
19:00 12.03.2026
Dünya
Maduro həbsxanada qışqırır: Mən prezidentəm...
18:42 12.03.2026
Dünya
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
18:27 12.03.2026
Dünya
Yaxın Şərq 30 dəqiqəyə qaranlığa qərq olar - Laricani
18:03 12.03.2026
Dünya
Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei
17:56 12.03.2026
Dünya
ÜST rəhbəri: BMT-də islahatlar aparılmalıdır
17:49 12.03.2026
Siyasət
Kris Rayt: ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv etməyəcək
17:12 12.03.2026
Gündəm