Kürdəmirdə yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər yaralanıb
Yusif Nəzərli
19:15 26.10.2024
Hadisə
518
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.
APA- nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində Yevlax rayon sakini, 34 yaşlı Qabil Famil oğlu Əkbərlinin idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Hadisə zamanı beton parcaları əks hərəkətin təşkil olunduğu yola tökülüb.
Hadisə zamanı əks itiqamətdə hərəkət edən Ucar rayon sakini, 48 yaşlı Alim Hüseynalı oğlu Şüküralıyevin idarə etdiyi "Lada" markalı minik avtomobili həmin beton parçalarına çırpılıb.
Nəticədə "Mercedes"də olan 3 nəfər -Yevlax rayon sakinləri, sürücü; Qabil Əkbərli, sərnişinləri; 44 yaşlı Bəhmənli Amirə Vidadi qızı və 67 yaşlı Alxanova Gülsüm İbrahim qızı, "Lada" markalı avtomobildə olan 4 nəfər - sürücü; 48 yaşlı Alim Şüküralıyev, sərnişinləri; sürücünün qardaşı 51 yaşlı Asif Hüseynalı oğlu Şüküralıyev, 41 yaşlı Həsrət Nüsrət oğlu Mehdiyev və 44 yaşlı Emil Rəhim oğlu Qasımov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya