
Avropa Parlamenti erməni lobbisinin pulları altında oyuncağa çevrilən təsisatdır -ŞƏRH
13:47 29.10.2024
Aktual
722
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 29-da keçirilən iclasında deyib ki, Avropa Parlamenti COP29 kimi beynəlxalq tədbirdən Azərbaycana qarşı istifadə edir. O bildirib ki, Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qətnamə yalan və böhtanlarla doludur. Həmçinin vurğulayıb ki, Milli Məclis Azərbaycana qarşı yalan, təhdid və tələblərin yer aldığı qətnaməni qətiyyətlə rədd edir. Bu, Cənubi Qafqazdakı sabitliklə barışmayan qüvvələrin növbəti addımlarından biridir. Avropa Parlamentinin addımı dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə meydan oxumaq deməkdir. Avropa Parlamenti COP29 kimi beynəlxalq tədbirdən Azərbaycana qarşı istifadə edir. Azərbaycan siyasi dialoq və əməkdaşlıq üçün açıqdır. Amma ölkəmizə qarşı hansısa qərəzli, təhdid ritorikasını və tələbləri rədd edirik.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, bu gün Avropa Parlamenti birbaşa riyakarlıq və siyasi səriştəsizliyin məkanına çevrilib:

“Avropa Parlamentinin uyğunsuz davranışları nəticəsində Avropa Birliyi siyasi təşkilat olaraq nüfüzunu itirir. Bu baxımdan Milli Məclisin spikeri Sahibə Qafarova çox haqlı şəkildə parlamentin iclasında Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünə meydan oxuduğunu vurğuladı. Beynəlxalq hüquqa əsasən hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır. Demokratiya, siyasi və insani hüquqlardan dəm vuran Avropa Parlamenti başda olmaqla Qərb təsisatları beynəlxalq hüquqlara hörmətlə yanaşmalıdırlar. Amma təəssüflər olsun ki, məhz ölkəmizin ərazi bütövlüyünü əldə etməsində sonra xüsusilə ermənipərəst şəbəkələr və Qərbin imperialist dairələrinin Azərbaycana qarşı ritorikasındakı kəskinlik daha da artmağa başladı. 30 il Azərbaycan torpaqları işğal altında qalarkən heç bir mövqe göstərməyən və Ermənistana səsini çıxarmayan Avropa Parlamenti bu gün ölkəmizin beynəlxalq hüququ təmin etməsinə qarşı siyasi diplomatiyanın qaydalarına yaraşmayan addımlar atırlar. Avropa Parlamenti birbaşa erməni lobbisinin pulları altında oyuncağa çevrilən təsisatdır. Erməni lobbisi hansı havanı çalırsa, Avropa Parlamenti onu oynayır. Həmçinin Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünə qarşı həqiqətən də qəbuledilməz mövqelər ortaya qoyurlar. Bu isə Qərb təsisatlarının dünyadakı nüfuzuna hər gün xələl gətirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm