Qürur hissi yaşamalıyıq - Millət vəkili
Yusif Nəzərli
02:02 29.12.2024
Gündəm
614
Konstitusiyamızda yer alan Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti tam reallaşıb
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm və tarixi əhəmiyyəti var.
Bu sözləri “Şərq”ə açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib. S.Salmanova əvvəlcə onu vurğulayıb ki, gələn il Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümüdür:
“Müasir Azərbaycan dövlətinin Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biridir. Əlbəttə ki, müstəqillik əldə edəndən sonra Azərbaycan özünün Konstitusiyasını qəbul etməli idi, bu baxımdan Ulu Öndər xalqın təkidi ilə hakimiyyətə gəldikdən və xalqımızın yüksək etimadı ilə Prezident seçildikdən sonra ilk diqqət etdiyi sahələrdən biri yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi idi. Çünki bu olmadan dövləti idarə etmək mümkün deyildi. Baxmayaraq ki, Azərbaycanda 1991-ci il oktyabrın 18-də müstəqilik haqqında Konstitusiya aktı var idi, lakin bu, kifayət deyildi. Heydər Əliyev Müstəqil Azərbaycanın Konstitusiya Aktını hazırlamaq üçün komissiya yaratdı, özü də bu komissiyaya rəhbərlik etdi. Qısa zamanda Konstitusiya Aktı hazırlandı, ümumxalq səsverməsinə çıxarılaraq qəbul edildi. Hesab edirəm ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir”.
Deputat bildirib ki, qəbul olunduğu andan 2002, 2009 və 2016-cı illərdə Konstitusiyanın ayrı-ayrı maddələrinə əlavə və dəyişikliklər barədə ümumxalq səsverməsi (referendum) keçirilib:
“Xalqımız tərəfindən də həmin dəyişikliklərə müsbət yanaşılıb və dəstəklənib. Konstitusiyamıza edilən əlavə və dəyişikliklər nəticəsində Ana Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb”.
S.Salmanova həmçinin qeyd edib ki, gələn il Prezident, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbədən də 5 il ötəcək:
“Qürur hissi ilə qeyd etməliyik ki, 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və ötən il keçirilən antiterror tədbirlərinin nəticəsində bütün ərazilərimiz üzərində milli suverenliyimizin tam təmin olunması nəticəsində Konstitusiyamızda yer alan Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb. Konstitusiyamızın 11-ci maddəsinə əsasən, Azərbaycanın ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir, respublikamızın ərazisi özgəninkiləşdirilə bilməz. Dövlət başçımızın uzaqgörən və uğurlu siyasəti nəticəsində bu maddədə yer alan prinsiplər də tam təmin olunub. Vətən müharibəsindən və antiterror əməliyyatlarından sonra bütün ərazilərimizdə Azərbaycan dövlətinin konstitusiya əsasları təmin edilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə