BMT: Fələstinlilərə qarşı 1400 hücum olub
Yusif Nəzərli
08:41 01.01.2025
Dünya
338
2024-cü ildə İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinlilərə qarşı hücumların sayına görə rekorda imza atılıb.
APA xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin hesabatına istinadən məlumat yayıb.
Sənəddə qeyd olunur ki, Şərqi Qüdsdə məskunlaşan yəhudilər “2024-cü il ərzində Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində fələstinli mülki şəxslərə qarşı təxminən 1400 zorakılıq hadisəsində iştirak ediblər”.
Bu hadisələr Fələstin icmalarına hücumlar, yanğın və basqınlar, habelə əkin sahələrinə ziyan vurmaq və yerli sakinlərin əmlakının məhv edilməsi ilə bağlı olub.
Hesabatda o da xatırladılıb ki, İsrailin 2023-cü il oktyabrın 7-dən bəri həyata keçirdiyi tədbirlər nəticəsində Qəzza zolağında əksəriyyəti qadın və uşaq olmaqla 160 minə yaxın fələstinli həlak olub və yaralanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə