Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq müqaviləsi imzalanıb

Moskvada Rusiya və İran Prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında görüş başa çatıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremldə məhdud və geniş tərkibli danışıqlarda iki ölkə arasında münasibətlər, eləcədə də Yaxın Şərqdəki vəziyyət, Suriya, İsrail-Fələstin münaqişələri, Cənubi Qafqazdakı son durum, İranın nüvə proqramı ətrafındakı vəziyyət müzakirə olunub.

Danışıqlardan sonra prezidentlər Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayıblar.

Daha sonra Putin və Pezeşkian mətbuata açıqlama veriblər.