Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyətini açıqlamayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, KTMT öz effektivliyini və aktuallığını sübut edən müstəqil, yetkin, yetişkin təşkilatdır: “Təşkilatda iş davam edir. İndiyədək Ermənistan bu təşkilatdan çıxmaq niyyətini bəyan etməyib", - deyə Peskov vurğulayıb.
Kremlin sözçüsü onu da qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla son telefon danışığı zamanı Ermənistanın KTMT çərçivəsində işini müzakirə etməyib.