Gürcüstan dövləti dini icmalara maliyyə yardımı ayırıb

Gürcüstan dövləti 2025-ci ildə ölkədəki dini icmalara maliyyə yardımı ayırıb.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Dini İşlər üzrə Dövlət Agentliyi dövlət büdcəsindən ayrılmış vəsaiti dini icmalar arasında bölüb.

Agentliyin yaydığı məlumatda deyilir ki, dini icmalara yardım məqsədilə dövlət büdcəsindən 6 milyon 500 min lari ayrılıb. Artıq bu vəsaitin 3 milyon 500 mini dini icmalar arasında bölüşdürülüb.

Məlumata görə, vəsaitin 4 milyon 150 min larisi Gürcüstanın İslam dini icmasına, 1 milyon 100 min larisi ermənilərin apostol xristian icmasına, 700 min larisi Roma katoliklərinin xristian icmasına və 550 min larisi Gürcüstan yəhudi icmasına ayrılıb.

Məlumat üçün bildirək ki, 2024-cü ildə dini icmalarının maliyyələşdirilməsi üçün ayrılmış vəsait də 6 milyon 500 min lari təşkil edib.