
Analitik: İran bu dəfə Azərbaycana gerçək dost əli uzadır
Yusif Nəzərli
00:12 20.02.2025
Region
939
Tehranın yanlış siyasəti səbəbindən yaşanan gərginliklər dünyada və regionda baş verən hadisələrin fonunda azalmış kimi görünür
İran Zəngəzur dəhlizi ilə bağlı məsələyə konstruktiv münasibət göstərərsə, bu, gələcəkdə münasibətlərin daha dinamik xarakter almasında rol oynaya bilər
Baş nazir Əli Əsədov İrana işgüzar səfəri çərçivəsində Prezident Məsud Pezeşkianla görüşüb. Görüşdə Azərbaycan-İran əlaqələrinin dostluq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan ilə İran arasında nəqliyyat, energetika və neft-qaz sahələrində həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər nəzərdən keçirilib. Üçüncü Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanaraq, Azərbaycanın Xəzər dənizinə sülh, dostluq və əməkdaşlıq dənizi kimi baxdığı bir daha diqqətə çatdırılıb. Həmçinin regiondakı yeni reallıqlar nəzərə alınaraq aktual məsələlər müzakirə olunub.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu önəmli amildir. Ekspertin sözlərinə görə, Azərbaycan-İran münasibətlərində inkişaf tempi müşahidə olunur:

"Tehranın yanlış siyasəti səbəbindən müəyyən dönəmdə yaşanan gərginliklər dünyada və regionda baş verən hadisələrin fonunda azalmış kimi görünür. İrandakı səfirliyimizə terror hücumu isə ümumiyyətlə, münasibətlərimiz üçün çox ağır məsələ oldu. Ancaq bütün bu keşməkeşlərə baxmayaraq, iki dövlət arasında münasibətlərin yaxşılaşması və əlaqələrin daha yüksək səviyyəyə çatdırılması istiqamətində işlər gedir. İndi İran-Azərbaycan münasibətləri Tehranda Azərbaycan səfirliyinə qarşı terrordan sonrakı dövr ərzində olduğu gərginlikdən xeyli dərəcədə uzaqdır. Elə bunun özü yeni bir mərhələnin başlayacağını söyləməyə əsas verir".
Analitik əlavə edib ki, istisna etmək olmaz ki, İranın indiki şəraitdə daha yumşaq və konstruktiv münasibət sərgiləməsi müəyyən qədər impulsiv xarakter daşıya bilər:
"Hazırda bölgədə Qərbin, NATO-nun, Amerikanın öz aktivliyini mümkün qədər artırmağa çalışdığı bir dövrdə İran fərqinə varır ki, Azərbaycan bu siyasətin və müdaxilənin ləngidilməsində, qarşısının alınmasında maraqlıdır. Ancaq münasibətlərin daha da dərinləşməsi istənilirsə, burada İrandan çox şey asılıdır. Tehran müharibədən sonra Azərbaycanın yaratdığı reallıqların qəbul olunmasına xeyli dərəcədə dözümlü yanaşmağı bacarmalıdır. Tehran Zəngəzur dəhlizi ilə bağlı məsələyə konstruktiv münasibət göstərərsə, bu, gələcəkdə münasibətlərin daha dinamik xarakter almasında rol oynaya bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya