
TDT ədliyyə birliyinə doğru: Türk dövlətləri bir addım daha yaxınlaşdı
11:17 19.06.2025
Siyasət
363
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda əsasnamə imzalanıb.
Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova, Türkiyə Cümhuriyyətinin Hakimlər və Prokurorlar Şurasının sədri vəzifələrini icra edən Fuzuli Aydoğdu, Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov, Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəməsinin sədri Bertan Özerdağ əsasnaməni imzalayıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Sherg.az-a söyləyib ki, son illər ölkəmizin bu cür beynəlxalq konfranslara ev sahibliyi etməsi olduqca vacib və önəmli bir məsələdir:

"Azərbaycan artıq ardıcıl və sistemli şəkildə bu kimi beynəlxalq tədbirlərdə yer alır. Bu gün biz görürük ki, TDT sürətli bir formada Türk dövlətləri arasında əlaqələrin inkişafına töhfə verir. Bu isə olduqca vacib və önəmli məsələdir. Türk dövlətləri arasında münasibətlərin güclənməsi inteqrasiya və əməkdaşlığın dərinləşməsi üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda bu tədbir məhkəmə idarəçiliyi sahəsində çağırışların müzakirəsi baxımından da önəmlidir. Türk Dövlətləri Təşkilatının nəzdində fəaliyyət göstərən Məhkəmə-Hüquq Şurasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Artıq bu qurumun 20 illiyi qeyd olunur ki, bu da önəmli hadisələrdən biridir".
Deputatın əlavə edib ki, konfrans çərçivəsində imzalanan sənəd Türk dövlətlərinin məhkəmə orqanları arasında əməkdaşlığın güclənməsi, möhkəmlənməsi və inkişafı baxımından böyük əhəmiyyət daşıyır:
"Bu sənəd, həmçinin üzv dövlətlərin məhkəmə strukturları arasında qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılmasına müsbət təsir göstərəcək. Sözügedən tədbir – keçirilən görüş və konfrans mühüm və əhəmiyyətli hesab olunur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat