Əliyevin mesajı diqqətdə: Trampın paylaşımı diplomatik siqnaldır
11:56 22.07.2025
Siyasət
498
Trampın bu paylaşımı həm də o deməkdir ki, Azərbaycan Prezidentini izləyirlər və Amerika haqqında dediyi hər bir fikrə ciddi şəkildə diqqət yetirilir
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Formunda onunla bağlı açıqlamasını şəxsi səhifəsində yayımladı. Donald Trampın prezident İlham Əliyevlə bağlı etdiyi paylaşım ABŞ-Azərbaycan münasibətlərinin yenidən canlandığını göstərir. Bu, həm də onu göstərir ki, ABŞ Azərbaycanın mövqeyini diqqətlə izləyir və prezident İlham Əliyevin dediklərinə əhəmiyyət verir.
Mövzu ilə bağlı politoloq Zaur Məmmədov Sherg.az-a açıqlama verib:
"Bu, ABŞ prezidenti Donald Trampla olan münasibətlərin inkişafıdır. ABŞ-Azərbaycan arasında münasibətlər 2020-2024-cü illərdə demokratların hakimiyyəti dövründə dekadensiyada idi. Lakin artıq vəziyyyət dəyişib. Digər tərəfdən Trampın bu paylaşımı həm də o deməkdir ki, Azərbaycan Prezidentini izləyirlər və Amerika haqqında dediyi hər bir fikrə ciddi şəkildə diqqət yetirilir. Prezident İlham Əliyev 2024-cü ilin yay aylarından başlayaraq Trampı açıq şəkildə dəstəkləyir".
Ekspert Trampın qalib gəlməsindən sonra qarşılıqlı dialoqun başlandığını bildirib:
"Bu yeni bir səhifə, yeni uğur demək idi. Ermənistan-Azərbaycan arasında olan danışıqlarda məhz Azərbaycanın irəli sürdüyü və üzərində dayandığı müddəaları ABŞ də dəstəkləyir. Faktiki olaraq onların təsiri ilə də Ermənistan bunu qəbul edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət