
Zəngəzur dəhlizinə yaşıl işıq: ABŞ lideri Azərbaycanın sülh siyasətini təqdir etdi
Yusif Nəzərli
01:15 24.07.2025
Aktual
760
Zəngəzur dəhlizinin açılması məsələsi ABŞ, Ermənistan və Rusiya arasında həllini tapmalıdır
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən “Qlobal Şuşa Media Forumu - 2025”dəki çıxışını özünün rəsmi "Truth Social" hesabında paylaşaraq diqqət çəkib. Tramp paylaşımında Azərbaycan liderinin çıxışından 1 dəqiqə 17 saniyəlik videonu təqdim edib. Video Azərbaycanın dövlət başçısının Tramp haqqında yüksək fikirlər bildirdiyi hissəni əhatə edir. Bu, Trampın Cənubi Qafqaz liderlərindən birinə münasibətdə ictimai şəkildə verdiyi ilk açıq dəstək jestlərindən biri kimi qiymətləndirilir. Bunun ardınca Azərbaycan dövlət başçısı Trampa bu jestinə görə təşəkkürünü bildirib. Xatırladaq ki, Prezident İlham Əliyev çıxışında Tramp barədə bunları demişdi: "Tramp müharibə başlatmayan yeganə ABŞ prezidentidir. Onun hakimiyyətdə olduğu qısa müddətdə görünür ki, bu insan müharibələri bitirir". Ölkə rəhbəri vurğulayıb ki, Azərbaycan ABŞ-yə Cənubi Qafqazdakı proseslərə diqqət yetirdiyi üçün minnətdardır: "Biz ona şəxsən Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək istəyinə görə çox minnətdarıq, baxmayaraq ki, o, beynəlxalq təhlükəsizliyin daha qlobal məsələləri ilə məşğuldur. Cənubi Qafqazdakı vəziyyəti də diqqət mərkəzində saxlayır. Biz Azərbaycanda, əlbəttə ki, onun bir çox səbəblərdən qalib gəlməsinə şadıq və təbii ki, ona işini sona çatdırmağını arzulayırıq".
Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında deyib ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gələndə dünyaya sülh vədləri verib. Ekspert diqqətə çatdırıb ki, Ağ Ev rəhbərinin sülhpərvər prezident kimi tarixə düşmək və Nobel mükafatına layiq görülmək hədəfləri var:

"Prezident İlham Əliyev Qlobal Media Forumunda ABŞ-Azərbaycan münasibətlərindən danışarkən "topu doqquzluğa vurdu" və D.Trampdan dərhal reaksiya gəldi. Dövlət başçısı İlham Əliyevin ABŞ ilə münasibətlər, konkret Tramp haqqında söylədikləri və bunun beynəlxalq səviyyədə işıqlandırılması ABŞ rəhbərinin diqqətini cəlb etdi. Əgər bir məsələ əhəmiyyət kəsb etməsə, heç kim ona diqqət yetirməz. Ancaq fikrin önəmi və onu söyləyənin gücü, ona göstərilən etimad mühüm məqamdır. Dünyada etimad qazanmaq üçün doğru sözlü olmaq lazımdır. Xankəndidə açıq şəkildə beynəlxalq birliyin diqqətinə verilən mesajlar bütün qlobal medianın diqqətini çəkdi. Mesajlar bütün mərkəzlərə çatdı. Donald Trampın reaksiyası da buna adekvat olaraq ortalığa çıxdı. Ən nəhayət, bu fikrin paylaşılması o deməkdir ki, Tramp dövlət başçısının yanaşmasını bölüşür, qəbul və təqdir edir. Bunun ictimailləşdirilməsi həm də Azərbaycan Prezidentinə, dövlətimizin siyasətinə birbaşa dəstəkdir. Bu, birbaşa Azərbaycan lideri, dövlətimiz və xalqımız adına çox müsbət bir hadisədir. Sıradan hadisə deyil".
Analitik əlavə edib ki, ABŞ-nin Zəngəzur dəhlizinə yanaşması bəllidir:
"Zəngəzur dəhlizinin açılması məsələsi ABŞ, Ermənistan və Rusiya arasında həllini tapmalıdır. Çünki Azərbaycanın bir hissəsindən digər bölgəsinə maneəsiz keçid ən yüksək səviyyədə qəbul olunub. Bunu ABŞ də, Ermənistan da prinsipial olaraq qəbul edir. Bundan sonra məsələnin detalları ABŞ, Rusiya və Ermənistan arasında müzakirə olunaraq həllini tapmalıdır. Vaşinqton Azərbaycan-Ermənistan arasında sülhlə bağlı da mütəmadi açıqlamalar verir. Öncə dövlət katibi, ardınca iki dəfə Prezident D.Tramp səviyyəsində sülh prosesinə ciddi dəstək ifadə olunub. ABŞ sülh prosesində vasitəçi olaraq iştirak etmir. Sadəcə, ümumi prosesi dəstəklədiyini açıqlayır ki, bu da İrana, Rusiyaya ciddi çəkindirici mesajdır. Yaxın perspektivdə sülh sənədinin paraflanması gözlənilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə