Azərbaycanla İran arasındakı "buzlar əriyir": Pezaşkian Azərbaycana gəlir
13:41 03.02.2025
Region
603
İran İslam Respublikasını Prezidenti Məsud Pezeşkian fevralın üçündə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.
Bu barədə Azərbaycanın İrandakı Səfirliyi “X”dəki hesabında məlumat yayıb.
H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.
İran İslam Respublikasının Prezidenti salamlara, dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarını Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Öncə ona deyək ki, H. Hacıyevin İrana səfəri kifayət qədər mühüm əhəmiyyətli hadisədir. Keçirilən görüşlərdən və səslənən bəyanatlardan məlum olur ki, səfər hər iki tərəf üçün vacib idi.
Xüsusilə münasibətlərin normallaşması və inkişafı baxımından səfərin vacib olduğunu düşünə bilərik.
Məsələ burasındadır ki, İranın keçmiş hakimiyyəti dövründə Azərbaycanla münasibətlər ziddiyətli idi. Tehranın Ermənistanın silahlanmasına kömək etməsi, Zəngəzur dəhlizinin açılmasına dair mənfi mövqeyi və nə müsəlmanlığa, nə də qonşuluğa uyğun olan digər davranışları Bakı ilə münasibətlərin pisləşməsinə səbəb olmuşdu.
İndi isə Məsud Pezaşkian hakimiyyəti keçmiş iqtidarın Azərbaycanla bağlı səhvlərini düzəltməyə çalışır. Bunun obyektiv və subyektiv olmaqla bir neçə səbəbi var. Birincisi, Pezaşkianın Azərbaycan əsilli siyasətçi olmasıdır. Onun dövründə Azərbaycanla münasibətlərin normallaşacağı gözlənilən idi. İkincisi, Cənubi Qafqazdakı reallıqlardır. Tehran başa düşür ki, Bakı ilə münasibətlərin pisləşməsi onu regional əməkdaşlıqla bağlı yeni imkanlardan məhrum edə bilər. Üçüncüsü, Yaxın Şərqdəki vəziyyətdir. İsraillə Fələstinin HƏMAS qruplaşması arasında davam edən müharibəyə gələcəkdə İranın da cəlb edilməsi mümkündür. Bu təhlükə fonunda Tehran Təl-Əvivlə normal münasibətləri olan Bakı ilə əlaqələri inkişaf etdirmək istəyir. Beləliklə, İran həm Azərbaycanı öz tərəfinə çəkmək, həm də perspektivdə İsraili Azərbaycanın mümkün köməyindən, diplomatik dəstəyindən məhrum etmək istəyir. Dördüncüsü, ABŞ-də Respublikaçıların lideri olan Məsud Pezaşkianın hakimiyyətə gəlməsi ilə İrana təhdidlər artıb. Tehran mümkün riskləri real qiymətləndirir. Beşincisi, son zamanlar bəzi İran mollaları Azərbaycan və Türkiyəyə qarşı qeyri- adekvat açıqlamalar verirdilər. Bu, ikitərəfli münasibətlərə bərpaolunmaz zərbə vura bilərdi. Odur ki, Pezaşkian hakimiyyəti preventiv addım atmağa, Azərbaycanla münasibətləri inkişaf etdirməyə çalışmağa başladı.
Fikrimizcə, səfər hər iki tərəfin digərinə qarşı münasibətinin konkretləşməsi və "soyuq küləklərin" aradan qalxması üçün əhəmiyyətli oldu. Əlbəttə, nəzərə almaq lazımdır ki, Bakı da Tehranla bərabərhüquqlu və xoş münasibətlərdə maraqlıdır. Ziddiyət və gərginlik Azərbaycana da lazım deyil.
Düşünmək olar ki, Pezaşkian yaxın gələcəkdə Azərbaycana səfər edəcək. Həmin səfərin də yaddaqalan olacağını və münasibətlərin inkişaf edəcəyini indidən proqnozlaşdırmaq olar.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə