Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eduard Asryan hərbi hissələrdə nizam-intizamın gücləndirilməsi məqsədilə bölmələrə səfərlərə başlayıb.
Sherg.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Asryan çağırışçı hərbçilər, bölük komandirləri və zabitlərlə görüşərək hərbi hissələrdə münasibətlərin qarşılıqlı hörmət və məsuliyyət prinsipləri əsasında qurulmasının vacibliyini vurğulayıb.
Görüşdə hərbi intizamın möhkəmləndirilməsi və sağlam mənəvi-psixoloji mühitin təmin olunması məsələləri müzakirə edilib. Baş Qərargah rəisi qanunvericiliyin və hərbi nizamnamənin tələblərinə ciddi əməl olunmasını tapşırıb.
Qeyd edək ki, bu səfərlər əsgər Narek Torosyanın döyülməsi nəticəsində baş verən səs-küylü intihar hadisəsindən sonra başlayıb və oxşar görüşlərin digər hərbi hissələrdə də mütəmadi keçiriləcəyi bildirilib.