Ermənistan hökuməti pensiya yaşına çatmış və I-II qrup əlilliyi olan şəxsləri işə götürən işəgötürənlərə subsidiya verəcək.
Sherg.az xəbər verir ki, Əmək və sosial məsələlər naziri Arsen Torosyan bildirib ki, dövlət bu kateqoriyadan olan işçilər üçün ödənilən gəlir vergisinin bir hissəsini kompensasiya edəcək. İşçi bir ildən çox çalışarsa, işəgötürən əlavə birdəfəlik ödəniş də alacaq.
Yeni mexanizm yalnız son üç ayda rəsmi işləməyən və son üç ildə həmin müəssisədə çalışmamış şəxslərə şamil olunacaq. Məqsəd yaşlı və əlilliyi olan vətəndaşların məşğulluğunu artırmaqdır.