
İlahiyyatçı: Azərbaycanda tarixən tolerantlıq mühiti hökm sürüb
10:11 27.08.2025
Region
616
Nəinki sünni - şiə arasında hətta dinlər və dinlərin mənsubları arasında sarsılmaz bağlar var
"Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
"Biz fərq qoymuruq. Biz düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə təriqətlərə ayrılmaqdır. Müsəlman dünyasına ən böyük ziyanı təriqət ayrılığını təbliğ edən insanlar vururlar. Biz bir olmalıyıq. Biz müsəlmanıq və bizim üçün bir nömrəli məsələ budur. İstənilən xarici müdaxilədən tamamilə azadıq. Çünki biz təkcə dəyərlərimizi təbliğ etmirdik, biz, həmçinin ideoloji cəhətdən özümüzü istənilən növ müdaxilədən, müsəlmanlar arasında nifrət toxumu səpmək cəhdlərindən qorumalı idik. Bu, müsəlman dünyasında yüksək qiymətləndirilir", - Prezident qeyd edib.
İlahiyyatçı Tural İrfan “Sherg.az”a bildirib ki, Azərbaycanda tarixən tolerantlıq mühiti hökm sürüb:

“Heç bir xarici təsir, heç bir yad elementlər bu mühiti poza bilməyib. Amma cəhdlər olub, bu gün də var. Lakin dövlətin apardığı səmərəli dövlət - din münasibətləri hər zaman dinlər və məzhəblər arasında harmoniya yaradıb. İnsanlar qaynayıb - qarışıb, qohumluq əlaqələri, sosial münasibətlər inkişaf edib. Nəinki sünni - şiə arasında hətta dinlər və dinlərin mənsubları arasında sarsılmaz bağlar var. Biz kilsəyə gedib xristianlarla görüşürük, həmçinin onlar bizim tədbirlərə qatılır, yəhudilərlə də çox səmimi münasibətlər mövcuddur. Həmçinin başqa dinlərin və konfessiyaların mənsubları ilə gözəl münasibətlər inkişaf etməkdədir. Xalqımızın dərin, zəmin mənəvi kökləri, tarixi, milli dəyərlərimizin sağlam şəkildə günümüzə gəlib çatması buna daha da təkan verir. Cənab Prezident tamamilə yerində vurğulayıb ki, ölkəmizdə sünni və şiələr eyni məsciddə, eyni sırada namaz qılırlar. Bu, bütün dünyaya örnəkdir. Çünki bir çox ölkələrdə məzhəblər, dinlər arasında uçurumlar var. Azərbaycanın dini tolerantlığı, multikultural dəyərləri yaşatması demək olar ki, əksər ölkələrə örnək göstərilir. Vəhdət, həmrəylik, milli və dini yöndə qarşılıqlı münasibətlərin ən yüksək dərəcədə yaşadılması əslində unikal nümunədir. Dini tolerantlıq milli həmrəyliyə də töhfə verir. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə məscidlərin təmir - bərpa olunması, ələlxüsus Qarabağda işğaldan azad edilən qədim dini abidələrin yenidən bərpası dövlətin dinə və dini dəyərlərə ayırdığı qayğının nümunəsidir. Bu günki tolerantlığın, multikultural dəyərlərin inkaf etməsinin, məzhəbçilik qarşıdurmasının olmamasının, eyni məsciddə sünni və şiələrin eyni imama tabe olaraq namaz qılmaları dünya üçün bir Azərbaycan nümunəsidir. Bu sağlam mühitin bərqərar olmasında dövlətin, xüsusilə cənab Prezident İlham Əliyevin apardığı siyasətin əvəzsiz rolu var. Belə bir mühiti kənar yad təsirlərin, xarici təxribatların cəhdlərini puça çıxararaq yaratmaq çox çətindir. Lakin dövlətin din - dövlət münasibətlərini sağlam şəkildə qoruması və bunu təmin etməsi həmin çətinlikləri, təhlükələri dəf edir və hazırda ölkəmiz müsəlman vəhdətinin beşiyinə çevrilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya
Saakaşvili: Yeni plan qurulub, Gürcüstanda fəlakət qopacaq
15:24 23.07.2026
Gündəm
Azərbaycan və Çin Xəzərdə külək enerjisi layihəsini müzakirə edib
15:08 23.07.2026
Aktual
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
14:57 23.07.2026
Mədəniyyət
Səhhəti pisləşən Ermənistan Prezidentinin son durumu açıqlandı
14:42 23.07.2026
Region