İrakli Kobaxidze: Gürcüstanın kursu düzgündür, Aİ öz krursunu düzəltməlidir

“Gürcüstanın kursu düzgündür, Avropa İttifaqı (Aİ) öz krursunu tənzimləməlidir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Avropa bürokratları Avropa İttifaqını hara aparacaqlarını mən bilmirəm. İqtisadiyyat məsələsindən də danışmalıyıq. 2008-ci ildə Avropa İttifaqının qlobal iqtisadiyyatdakı payı 30 faiz idi, indi 17,5-ə enib. Bu il daha da aşağı olacaq. ki, Avropa İttifaqına yaratdıqları süni problemlərdən qaçmaq üçün kursu düzəltmək Avropa bürokratlarının üzərinə düşür. Bizim kurs isə düzgün qurulub, məqsədimizi bilirik. Xarici siyasətimizin əsas prioritetlərindən biri Avropaya inteqrasiyadır”, - baş nazir bildirib.