İran və Oman Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı razılığa gəliblər

İran və Oman Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması və boğazda hərəkətin gələcək idarə olunması ilə bağlı məsləhətləşmələri davam etdirmək barədə razılığa gəlib.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi məlumat verib.

Onun sözlərinə görə, şənbə günü Maskatda İranın xarici işlər naziri Abbas Əraqçinin Omana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri arasında danışıqlar keçirilib. Tərəflər Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi və hərəkətin təşkili məsələlərini, iki sahilyanı dövlətin suveren hüquqları, beynəlxalq hüququn tələbləri və İslamabad Memorandumunun 5-ci bəndi əsasında müzakirə ediblər.

İsmayıl Bəqayi bildirib ki, , İran Hörmüz boğazında gələcək hərəkət qaydalarının yalnız iki sahilyanı dövlət arasında məsləhətləşmələr əsasında müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Tehran hesab edir ki, bu proses son aylarda baş verən hadisələr, xüsusilə ABŞ və İsrail arasında müharibənin boğazda gəmiçiliyin təhlükəsizliyinə təsirləri nəzərə alınmaqla həyata keçirilməlidir.