İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın parlamentin keçmiş spikeri Alen Simonyana qarşı iddiasını tamamilə rədd edib.
Sherg.az xəbər verir ki, iddia Simonyanın 19 may 2025-ci ildə jurnalistlərlə brifinq zamanı Koçaryanı “qatil” və “quldur” adlandırması, həmçinin onun “əllərinin qana batdığını” söyləməsi ilə bağlı olub. Koçaryan bu ifadələrin şərəf və ləyaqətini ləkələdiyini bildirərək təkzib və kompensasiya tələb edib.
Məhkəmə Simonyanın ifadələrini qiymətləndirici mülahizə kimi dəyərləndirib və onların konkret cinayət faktları barədə iddia təşkil etmədiyi qənaətinə gəlib. Həmçinin iddianın təmin olunması üçün kifayət qədər sübut təqdim edilmədiyi bildirilib.
Qərar 18 avqust 2026-cı ildə qəbul edilib.