Paşinyan Makronla Ermənistanın ixrac imkanlarını müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı ölkəsinin ixrac imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Sherg.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər Ermənistan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi, həmçinin regional və beynəlxalq gündəmdə duran aktual məsələləri müzakirə ediblər.

Bildirilib ki, Paşinyan Ermənistan və Fransa arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini də qeyd edib.

"Baş nazir ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin və Ermənistanın ixrac imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb", -deyə hökumətin açıqlamasında bildirilib.