Rus dilini bilməməsi uşağın günahı deyil - Tatarıstan lideri
01:11 23.08.2025
Region
367
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov rus dilini bilməyən miqrantların uşaqlarının məktəbə qəbulunu qadağan edən qanunu tənqid edib.
Sherg.az-ın Report-a istinadən məlumatına görə, İnnopolisdə (Tatarıstanın paytaxtı Kazan yaxınlığındakı şəhər – qeyd) respublika pedaqoji şuranın iclasında çıxış edən Rüstəm Minnixanov belə bir qərarı axmaqlıq adlandırıb.
“Çalışmalıyıq, sistemli işləməliyik. Uşağın məktəbə getməsinə necə icazə verməmək olar? O harada olmalıdır? Dili bilməməsi onun günahıdır? Onu öyrənəcək. İstənilən uşaq üç-dörd aya dili öyrənəcək. Bu böyük bir şey deyil. Bu sadəcə axmaqlıqdır. Biz onunla ehtiyatlı davranmalıyıq. Uşaqdır, onun günahı yoxdur”, - deyə Minnixanov bildirib.
O, həmçinin qeyd edib ki, gələn əcnəbilərin əksəriyyəti “əmək qabiliyyətli, qanuna tabe olan vətəndaşlardır” və onlarla sadəcə olaraq sistemli iş aparılmalıdır.
Qeyd edək ki, Rusiyada rus dilini bilməyən miqrantların uşaqlarının məktəbə qəbulu qadağan edilib. Yeni qaydalar 2025-ci il aprelin 1-dən qüvvəyə minib. Sənədə əsasən, xarici vətəndaşlar Rusiya Federasiyasının ərazisində olmalarının qanuniliyini təsdiq edən sənəd təqdim olunmaqla təhsil müəssisələrinə qəbul ediləcəklər. Onlar, həmçinin rus dili imtahanından keçməlidirlər.
“Ümumi ibtidai, ümumi əsas və ümumi orta təhsilin tədris proqramlarını mənimsəmək üçün kifayət edən rus dili biliyi üzrə test imtahanından keçməmiş şəxslərin bu təhsil proqramlarının mənimsənilməsinə icazə verilmir”, - deyə qanunda qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm