
Rusiya-İran münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru irəliləyə bilər -Politoloq
05:21 18.04.2025
Region
370
Rusiya Prezidenti Vladimir Putin Kremldə İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib. Bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, Putin Moskvada səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçini bu gün Kremldə qəbul edib. Amma Peskov görüşün təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, Əraqçinin Moskvaya səfərinin əsas məqsədi ikitərəfli münasibətlərin təşviqi, regional əməkdaşlıq və beynəlxalq arenada qarşılıqlı fəaliyyəti genişləndirməkdir. Həmçinin İranın nüvə proqramı ilə bağlı Tehran və Vaşinqton arasındakı danışıqların gedişi də müzakirə oluna bilər. Əraqçinin özü daha əvvəl İranın ali dini lideri Əli Xameneidən Putinə mesaj çatdırmağı planlaşdırdığını söyləmişdi.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, bu il yanvarın 17-də Kremldə İranla Rusiya arasında strateji tərəfdaşlığa dair saziş imzalandı:

“Həmin sazişi bu gün Məsud Pezeşkian da imzalaya bilər. İndiki vəziyyətdə Rusiya Federasiya Şurasında sözügedən sənəd ratfikasiya olunub. Digər tərəfdən İran xarici işlər naziri Abbas Arakçının Moskvaya səfəri çərçivəsində Rusiya-İran 20 illik yol xəritəsinin müzakirəsi də aparılmış ola bilər. Orada iki ölkənin müxtəlif beynəlxalq məsələlərə və İranın nüvə proqramına münasibət mövcuddur. Yol xəritəsində İran və Rusiyanın Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər Dənizi, Əfqənistan, Qərbi Asiya və Afrikada maraqlarının uzlaşdırılması da qeyd olunur. Bu onu göstərir ki, prespektivdə Rusiya və İran arasında münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru irəliləyə bilər”.
Ekspert qeyd edib ki, Rusiya və İran Cənubi Qafqazda pozucu xarici qüvvə kimi iştirak edirlər:
“Qarabağ münaqişəsinin yaranmasında keçmiş Sovet İttifaqı və Rusiya aparıcı rol oynayıb. 366-cı motoatıcı alayın Xocalıda soyqrım törətməsi faktı buna örnəkdir. Eyni zamanda seperatçı ermənilərin silahlandırılması və azərbaycanlılara qarşı hücümlar da onu təsdiqləyir. İranın Ermənistanı hümanitar yardımla dəstəkləməsi nəticəsində Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması mümkün olub. Artıq bölgədə vəziyyət dəyişib, Rusiya region ölkələriylə münasibətlərini normallaşdırmağa çalışır. Azərbaycan və Rusiya münasibətləri normaldır. Gürcüstan və Rusiya əlaqələri isə gərgin vəziyyətdə olmağına baxmayaraq normallaşma istiqamətində addımlar aparılır. Ermənistan ilə Rusiya əlaqələri isə günü-gündən kəskinləşir. İran isə regionda özünə qırmızı xətlər elan edib. İran Zəngəzur dəhlizinin açılmasını özünün qırmızı xətti sayır. Hətta Tehran hakimiyyəti Ermənistanın ərazi bütövlüyünü qoruyan mələk rolunda çıxış edir. Hesab edirəm ki, Rusiya ilə İranın Cənubi Qafqazla bağlı siyasətinin əsas istiqaməti bölgəyə Qərb dövlətlərinin təsirini azaltmaqdır. 20 illik yol xəritəsində də həmin məsələ öz əksini tapır. Hər iki ölkənin Cənubi Qafqaza ənənəvi ortaq mövqedən yanaşması region üçün heç də xoş hadisələr vəd etmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya
Zelenski: Putindən başqa hamı bunu istəyir
12:11 08.08.2026
Gündəm
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
11:57 08.08.2026
Hadisə
Ukrayna Qara dənizdə bəzi tankerlərə hücum etməməyə razılaşıb
11:42 08.08.2026
Dünya
Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi
11:27 08.08.2026
Hadisə
Qripdən qorunmaq üçün ən effektli üsul - Həkim tövsiyəsi
11:22 08.08.2026
Sağlamlıq