
Tehran təklənib: İran ABŞ ilə razılığa gəlməyə məhkumdur
12:11 03.06.2025
Region
481
ABŞ - İran nüvə sazişi danışıqlarının altıncı raundunun keçirilməsi ehtimalı sual altındadır. Bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, Tehran Vaşinqtonun təklifini “qeyri-stabil, rabitəsiz, son dərəcə qeyri-real və həddindən artıq sərt" hesab edir. Adı açıqlamayan İran rəsmisi qeyd edib ki, amerikalılar daim öz mövqelərini dəyişirlər. Bu, indiyə qədər danışıqların uğur qazanmasına əsas maneə olub və indi işi həmişəkindən daha çətinləşdirir. Bundan əlavə, o, ABŞ-nin təklifinin tərəflər arasında əvvəllər əldə edilmiş razılaşmalardan fərqli olduğuna diqqət çəkib. Mayın 31-də isə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Vaşinqtonla nüvə proqramı üzrə danışıqlarda irəliləyişin olduğunu açıqlamışdı.
İran və ABŞ arasında davam edən etimadsızlıq fonunda bu cür ziddiyyətli açıqlamalar danışıqların gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradır. Tehran üçün nüvə sazişi həm iqtisadi sanksiyaların yumşaldılması, həm də beynəlxalq təcridin aradan qaldırılması baxımından həyati əhəmiyyət daşıyır. Lakin ABŞ-nin dəyişkən mövqeyi və sərt şərtləri İranın inamını zəiflədir. Buna baxmayaraq, tərəflərin tamamilə dialoqu dayandırması real görünmür. İran üçün yeganə rasional yol kompromisə əsaslanan razılığa gəlməkdir. Bu, regionda gərginliyin azaldılmasına da müsbət təsir göstərə bilər.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan Sherg.az-a bildirib ki, İranın ABŞ ilə nüvə proqramı mövzusunda razılığa gəlməkdən başqa real alternativi yoxdur:

“Yəni İran nüvə proqramıyla bağlı ABŞ ilə razılığa gəlməyə məhkumdur. Bunu İran daxilindəki sosial və siyasi gərginliklər, ölkənin iqtisadi vəziyyəti və regiondakı proseslər göstərir. Çünki İran Yaxın Şərqdə tədricən təklənməkdədir. Tehranın güvəndiyi rejimlər və proksi qüvvələr isə artıq əvvəlki qədər təsir gücünə malik deyillər. Əgər həmin qüvvələr əvvəlki güclərində olsaydılar, İran onların vasitəsilə ABŞ və Qərb ölkələrinə təzyiq göstərərək öz mövqeyini gücləndirə bilərdi. Lakin hazırda bu imkanlar çox zəifləyib. Bu səbəbdən hesab edirəm ki, İran nüvə danışıqlarını tamamilə dayandırmayacaq və ABŞ ilə razılıq əldə etməkdən imtina etməyəcək. Bütün bu proseslərin yaxın dövrdə baş verməsi ehtimalı kifayət qədər yüksəkdir. 2015-ci ilin yayında imzalanan Əhatəli Razılaşma Planına gəldikdə isə, İran bu müqaviləni indiki şərtlərlə məqbul hesab etmir. Tehranın iddiasına görə, bu məsələlər üzrə ABŞ ilə yeni bir anlaşma imzalanmalıdır. Son günlərdə ABŞ rəsmilərinin adından yayılan bəzi açıqlamalarda qeyd olunur ki, Vaşinqton guya İrana qarşı bəzi sanksiyaları dayandırıb. Amma söhbət bütün sanksiyaların aradan qaldırılmasından getmir. Ehtimal olunur ki, bu, sadəcə nüvə proqramı ilə bağlı olan müəyyən sanksiyalardır və ABŞ bu addımı xoşməramlı bir jest kimi atmış ola bilər. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın gələcəkdə İran danışıqlarda daha yumşaq və praqmatik mövqe sərgiləyə bilər və görüşlərin keçirilmə ehtimalı artar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya