Türkiyə PUA istehsalını bütün ölkə miqyasında yayır

Türkiyənin bütün 81 əyalətində pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və təlim mərkəzlərinin yaradılması planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.

"Biz bütün 81 vilayətdə dron istehsalı və təlim mərkəzləri qurmağı hədəfləyirik. Bu, zərurət yarandıqda milyonlarla PUA-nın sürətlə istehsalına imkan verən strateji bir sistem olacaq", - H.Bayraktar vurğulayıb.