Türkiyə Ailə, Əmək və Sosial Xidmətlər Naziri Zehra Zümrüt Selçuk, Ramazan ayının ilk günündə sosial media hesabında həyat yoldaşı Aydın Selçukla çəkdirdiyi fotoları paylaşıb.
"Sherg.az"ın xarici mətbuata istinadən verdiyi məlumata görə, nazir çəkdirdiyi fotoları İnstaqramda paylaşaraq toy ildönümlərini qeyd edib.
Qeyd edək ki, həmin fotoşəkildə Prezident Rəcəb Tayyib Ərdoğanın evlilik şəhadətnaməsini nazir Selçuk və həyat yoldaşına verdiyi görünüb.