Manqalı dronla alovlandırdılar

Qardaşlar o anı videoya çəkərək sosial mediada paylaşıblar

   Türkiyənin Elazığ bölgəsində 2 qardaş manqalı dronla alovlandırıb. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, Sərhat və Fərhat Yol qardaşları tətil üçün Elazığın Bingöl əyalətindəki Bingöl Hesarek Kayak Mərkəzinə gedib. Xizək sürən qardaşlar qarlı havada manqal kefi çıxarmaq da istəyib. 
Amma manqalı alovlandırmaq üçün yelpikləri olmadığını fərq ediblər. 
Qardaşlar bunun çarəsini tapıb. Ətrafdakı mənzərələri çəkmək üçün özləri ilə götürdükləri dronu işə salıblar. Dron manqalın üzəri ilə hərəkət etdikcə pərlərin havası manqalı alovlandırmağa başlayıb. Dronun manqalı alovlandırdığı anları videoya çəkərək sosial mediada paylaşıblar. Video qısa müddətdə minlərlə bəyənmə toplayıb.