Ola bilsin ki, qələmlərin qapağında kiçik bir dəlik olduğunu görmüsünüz.
Sadə bir detal kimi görünən bu dəliklər əslində həyati əhəmiyyətə malikdir.
"Sherg.az" xəbər verir ki, qələm qapaqlarındakı deşiklər ilk dəfə 1991-ci ildə istifadə edilib. Məşhur şirkətlər arasında yer alan 'BIC' markası qələm qapaqlarında yeniliyə gedir və çuxur yaradır. Bu dəliyin məqsədi qələmin içindəki təzyiqi tarazlayaraq mürəkkəbin axmasının qarşısını almaqdır.
Qələm qapaqlarının üstündəki dəliyin əsl məqsədi qapağın udulduğu halda insanın boğulmasının qarşısını almaqdır. Qələmin qapaqları uşaqlar və yaxud əlində oynayanlar təsadüfən ağızlarına aparıb nəfəs borusuna qaçar deyə belə bir tədbir görülüb.
Qələmlərin qapağında açılan dəlik, qapağın nəfəs borusuna daxil olduğu təqdirdə nəfəs borusunu tamamilə blokada etməməsi üçün hazırlanıb.