30 il qapıçı işlədi: Övladlarına buraxdığı miras “dodaq uçuqladır”
Yusif Nəzərli
20:18 05.04.2022
Relaks
1459
Türkiyənin Ankara şəhərində bir iş mərkəzində 30 ildən artıq qapıçı işləmiş Mehmet Kaşkayanın övladlarına buraxdığı mirası “dodaq uçuqladır” - Çankayada 8, Pursaklarda 3 ev və torpaq sahəsi, bankda böyük miqdarda qızıl və 700 min lirəlik mal-dövlət. M.Kaşkayanın 4 oğlu və 1 qız övladı var. Atanın ölümündən sonra var-dövlət üzərindən məhkəmə çəkişməsi başlyıb.
Qardaşlar bacılarının atanın xəstəliyindən istifadə edərək bütün var-dövləti öz adına keçirdiyini iddia edərək məhkəməyə üz tutublar. Məhkəmə 10 ildir ki, davam edir. Qardaşlar atalarına qulluq etsin deyə, bacıları Gülvadə Gümüşü ata evinə yaxın bir mənzilə yerləşdiriblər. Qardaşlar iddia edir ki, bacıları ötən illər ərzində atadan miras qalan mənzillərdən alınan kirayə pullarını təkbaşına mənimsəyir. Oğullar onu da iddia edir ki, ataları son illərdə “demans” xəstəliyinə tutulub, yaddaşını, ağlını itirib.
Maraqlı burasıdır ki, məhkəmə işi M.Kaşkayanın sağlığında başlayıb, hələ də davam edir. Bu müddətdə Gülvadə Gümüş atasının imzasıyla 6 mənzilə sahiblənib, bankdan böyük miqdarda pul çıxarıb. Məhkəmə kişinin həqiqətən xəstə olub-olmadığının müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edib. Lakin bacıları atalarının ağlının yerində olmasına dair həkim rəyi əldə edib. G.Gümüş Pursaklardakı mənzilin birini oğlunun dostunun adına keçirib.
Qardaşlarsa mirasın onların hər birinə aid olduğunu iddia edərək sənədin ləğvini tələb edir. Qardaşlar atalarına aid 1 kiloqram qızılın da bacıları tərəfindən ələ keçirildiyini iddia edir.
2013-cü ildə Ankara hüquq Məhkəməsi M.Kaşkayanın ağlının yerində olmadığından təkbaşına qərar verə bilməyəcəyinə dair qərar çıxarıb. Lakin fərqli rəylər də təqdim edilib.
Qarşılıqlı etirazlar yenə davam edib. Və 7 ildir ki, məhkəmə heç cür yekunlaşmır. Məhkəmə istintaqı uzandıqca uzanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət