50 il sonra ilk dəfə... - Qılınc balığı yaxalandı
Yusif Nəzərli
07:00 16.10.2021
Relaks
1233
İstanbul boğazında 50 illik fasilədən sonra balıqçı toruna qılınc balığı düşüb. Qılınc balığını yaxalamaq çox çətindir. Çünki çox sürətlidir, həm də xeyli uzun burnu onu tora düşməkdən sığortalayır. Qılınc balığı çox məşhurdur.
Ədəbiyyat əsərlərində, şeirlərdə də adı çox keçir. Məhz bu balıq Ernest Heminqueyə Nobel mükafatı “qazandırıb” – “Qoca və dəniz” romanında ondan bəhs edilir. “Şərq” “Milliyyet.com”a istinadən xəbər verir ki, İstanbul boğazında illərdir balıqçılıqla məşğul olan Şaban Şengül qılınc balığını yaxaladığına görə çox sevindiyini deyib: “Bizi çox sevindirdi. Hardasa 45 ildir İstanbul boğazındayam, ilk dəfədir ki, belə balıq toruma düşür”. Qılınc balığı nəsli tükənməkdə olan balıq növlərinə aiddir. Plansız şəhərsalma və dənizin çirkləndirilməsi nəticəsində ən çox qidalandığı balıq növlərindən skumbriya azaldığından qılınc balığın da nəsli tükənməyə başlayıb. 1967-ci ildə 86 ton qılınc balığı ovlanıb. 1970-ci illərdən sonra İstanbul boğazında qılınc balığı “gördüm”, deyən olmayıb. Balıqçı “İstanbulun əski zamanlarına dönməsini çox istəyirəm” , söyləyib. Böyük ehtimalla qılınc balığı qida ardınca Egey dənizindən İstanbul boğazınadək üzüb. İstanbul Universitetinin Su elmləri fakültəsinin professoru Nuray Erkan qılınc balığının İstanbul boğazında görünməsinin sevindirici hadisə olduğunu, bu balıq növünün yenidən nəslinin artırıla biləcəyini deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz