50 kiloqramlıq kələm!
Yusif Nəzərli
05:26 03.12.2021
Relaks
739
Ömər ötən il 100 ton məhsul satıb
Türkiyənin Elazığ bölgəsində ləzzəti və böyüklüyü ilə məşhur olan “kəsrik kələmi yetişdirilir. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, yerli “kəsrik” sortunu yetişdirən Ömər Yurdabak becərdiyi tərəvəzlə qürur duyur. Müştəriləri də həmçinin. Ömər Yurdabak yetişdirdiyi kələmlər üçün hətta xarici ölkələrdən – Ukrayna, Belçikadan da sifarişlər alır. Ö.Yurdabakın təsərrüfata bağlanmasının da maraqlı tarixçəsi var.
Fermer 17 il əvvəl inşaatda çalışırmış. Amma dədə-baba məsləyinə geri dönüb, kənd təsərrüfatı, əkinçiliklə məşğul olmağa başlayıb. Hazırda Ö.Yurdabak 30 hektarlıq ərazidə tərəvəz yetişdirir. Xüsusilə də Elazığın məşhur “kəsrik” kələminin becərilməsinə maraq göstərir.
İldə təxminən 100 ton məhsul əldə edir. Yetişdirdiyi kələmlərin çəkisi 10-50 kiloqram olur. Müştərilər də bu cür tərəvəzi almağa can atır, becərən, satan da razıdır, alıb istifadə edən də. “Deyirlər, Kəsrik məhəlləsində belə kələm yetişdirmək hər igidin işi deyil.
Amma mən bunu bacardım. 30 hektar ərazidə kələm əkirəm. Ötən il 100 ton məhsul satmışam. Bu il də eyni rəqəmin olacağını gözləyirəm. Bu il iqlim quraq keçdi. Əvvəlki illərdə 10 gündən bir bostan suvarırdım, amma bu il 6 gündən bir suvarmağa məcbur idim. Çünki havalar çox isti idi. Kələm kimi tərəvəzlər mülayim, sərin havanı sevir. Yenə də yaxşı becərə bildik. 50 kiloqramlıq kələmlərin müştəriləri fərqlidir.
Biz bostandan toplayırıq, müştərilər də gəlib maşınla aparır”, deyən Ö.Yurdabak kələmin qiymətinin çəkisinə görə 2-3 tl arasında dəyişdiyini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm
İstanbulda binanın dağıntıları altından 5 nəfər xilas edilib
10:06 08.10.2026
Hadisə
İçində 110 nəfərin olduğu təyyarəni ildırım vurdu
09:52 08.10.2026
Hadisə
Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
09:42 08.10.2026
Dünya