Açar qızıldandı
Yusif Nəzərli
02:30 11.11.2021
Relaks
802
İran şahlarının avtomobilləri sərgilənir
İranın paytaxtı Tehranda Tarixi Avtomobillər Muzeyində Nəsrəddin şah və Rza şah Pəhləvinin XIX və XX əsrlərdə istifadə etdikləri avtomobillər sərgiyə çıxarılıb. Bunlar “Mersedes”, “Cadillac”, “Rolls Royse”, “Porsche”, “Ferrari”, “Maserati”, “Lombarghini”, “Chreyler” kimi dünyanın məşhur avtomobil markalarının yeganə, ya da məhdud sayda istehsal olunan nümunələridir. İranda 1848-1896-cı illərdə hökm sürən Qazcarlar xanədana mənsub olmuş Nəsrəddin Şaha aid “Nasiri faytonu” adlı atlı araba və 1909-1925-ci illərdə ölkənin şahı olmuş Əhməd Şah Qacara aid 1922-ci il istehsalı “Panther-Laser” avtomobili də muzeydə sərgilənir. Pəhləvi sülaləsinin qurucusu Rza Şah Pəhləvi, oğlu Məhəmməd Rza Pəhləvi və həyat yoldaşları Fərəh və Sürəyya Pəhləvilərə mənsub avtomobillər də muzeydə ən çox maraq doğuran eksponatlardır. Bu avtomobillər həm də həddindən artıq bahalıdır. Məsələn, Məhəmməd Rza Şahın “Pierce-Arrow A Model” avtomobili o dönəm üçün təqribən ölkə büdcəsinin 8-də 1-i qədər olub. Avtomobil qızılla bəzədilib. Şahın istifadə etdiyi avtomobil dünyada sadəcə 1 ədəd istehsal edilib. Bu avtomobilin 2 açarı var ki, biri gümüşdən, biri isə qızıldandır. Gümüş açarla çalışdırıldığında avtomobil yalnız 2 sürətlə hərəkət edə bilir və saatda 30 kilometr sürət ala bilir. Qızıl açarla hərəkətə gətirildiyində isə 4 sürət işə düşür və 170 kilometr sürətlə hərəkət edir. Muzeydə 55 avtomobil, 4 motosiklet və 2 səltənət faytonu sərgilənir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil